Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Şeyxzamanlı qəsəbəsinin sakinləri ilə görüşüb

30 oktyabr 2018 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, görüş Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilir. Məqsəd sakinlərin problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır. “Açıq mikrofon” şəraitində keçən görüşdə vətəndaşlar öz şikayətlərini dilə gətirib, müxtəlif təkliflərlə çıxış ediblər. Səslənən müraciətlər arasında işlə təminat, təbii qazın verilişində yaranan vaxtaşırı fasilələr, küçələrin gecə işıqlanması, çoxmərtəbəli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, şəhərdaxili marşrut xəttləri üzrə həkət edən avtobusların iş saatının uzadılması və digər məsələlər öz əksini tapıb. Ümumilikdə 30-dan artıq şikayət və təklif dinlənilib. Bir çox  məsələlər yerindəcə öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər