Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşların şikayətlərini dinləyib

31 oktyabr 2018 | 16:00

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşların şikayət və təkliflərini dinləyib. Qəbulda 30-a yaxın sakinin müraciətinə baxılıb. Səslənən müraciətlər arasında işlə təminat və fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin verilməsi, əlillik qrupunun təyini və dəyişdirilməsi kimi məsələlər üstünlük təşkil edib. Bununla yanaşı fərdi yaşayış evinin təmiri, çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı müraciət edən sakinlər də olub.

Verilən tapşırıqlara əsasən bir sıra vətəndaş müraciətləri elə həmin gün öz müsbət həllini tapıb. Araşdırılması tələb olunan müraciətlərin həll olunması üçün müvafiq strukturların rəhbərlərinə göstərişlər verilib. İcra strukturunun fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

 

Keçidlər