Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Fransa Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir

19 may 2013 | 15:00

Söhbət zamanı Azərbaycan ilə Fransanın regionları arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılmışdır. T.Pino Fransanın Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verdiyini, Eqllə Naftalan şəhərlərinin qardaşlaşmasının buna bariz nümunə olduğunu diqqətə çatdırmış, Eeql şəhərinin tarixi barədə məlumat vermişdir. Mer eqlli idmançıların Gəncədə olduqlarını, qədim tarixə malik bu şəhərin fransız gənclərində böyük təəssürat oyatdığını, Gəncə Olimpiya Mərkəzində yarışlarda iştirak etdiklərini, Azərbaycana səfəri zamanı Bakının zəngin mədəniyyətinin və şəhərin sürətli inkişafının onu heyrətə gətirdiyini bildirmişdir.
Gəncənin qədim mədəniyyətin beşiyi olduğunu deyən Elmar Vəliyev şəhərin tarixi, Gəncədə yaşayıb yaratmış Azərbaycanın ilk qadın şairəsi Məhsəti Gəncəvinin 900 illiyinin UNESCO-da təntənəli şəkildə qeyd edildiyi barədə məlumat vermiş, dünya ədəbiyyatının korifeylərindən olan dahi şair Nizami Gəncəvinin ötən il 870 illiyinin keçirildiyini bildirmişdir.
Görüşdə Bas-Normandiya departamentinin əsas şəhəri hesab olunan Kan ilə Gəncənin gələcəkdə qardaşlaşması istiqamətində danışıqlar aparılması və Eql şəhəri ilə bir çox sahələrdə əlaqələr yaradılması barədə ümumi razılıq əldə edilmişdir.
Görüşdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov da iştirak etmişdir.


Əsgər ƏLİYEV,
Eql, AzərTAc

Keçidlər