Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov vətəndaşların növbəti qəbulunu keçirib

13 noyabr 2018 | 16:00

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşların şikayətlərini dinləyib. Bu dəfəki vətəndaş qəbulunda 50-ə yaxın sakinin müraciətinə baxılıb. Onlar arasında işlə təminat, çoxmərtəbəli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, fərdi yaşayış evinin təmiri, qaz, işıq və su ilə bağlı olan məsələlər üstünlük təşkil edib.

Müraciətlərə cavab olaraq bildirilib ki, Gəncənin Məhsəti qəsəbəsi və Sevil Qazıyev küçələrində olan mavi yanacaq problemi yaxın zamanda aradan qaldırılacaq. Bununla yanaşı ilkin mərhələdə asfaltlanması nəzərdə tutulmayan şəhər yollarındakı çalaların təmir olunması istiqamətinə aidiyyatı üzrə göstəriş verilib.

Səslənən bir çox müraciətlər yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

Keçidlər