Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüşüb

13 noyabr 2018 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Gəncədən olan iştirakçıları ilə görüşüb.

Görüşdə  şagirdlərlə səmimi söhbət edən Niyazi Bayramov bildirib ki, ölkə rəhbəri, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, əsrlərlə qorunub saxlanan adət-ənənələrinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tur-aksiya çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinə səfər edən məktəblilər eyni zamanda müstəqillik illərində qazanılan nailiyyətlərlə yaxından tanış olmaq imkanı əldə edirlər.

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov qeyd edib ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası vasitəsilə şagirdlər məktəbdə qazandıqları nəzəri bilikləri möhkəmləndirəcəklər. Bu səfər məktəblilərin dünya görüşünün artmasına, onların fərd olaraq inkişafına kömək edəcək, mənəvi zənginliyini artıracaq.

Orta məktəb şagirdləri çıxış edərək, maariflənfdirici tur-aksiyasında iştirak etdikləri üçün  məmnunluq ifadə ediblər. Onlar yaradılan bu şəraitə görə ölkə Prezidentinə və şəhər rəhbərliyinə öz dərin təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, 40 şagirddən ibarət qrup “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Masallı, Lənkəran  və Astara, rayonlarına səfər edəcək. Şagirdlər tur-aksiya çərçivəsində Cənub bölgəsinin tarixi, adət-ənənələri ilə tanış olacaqlar. Bununla yanaşı onlar səfər etdikləri rayonlarda təşkil olunan intellektual yarışlara qatılacaqlar.

 

Keçidlər