Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb

21 noyabr 2018 | 16:00

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla görüşüb. Şəhər rəhbəri bildirib ki, Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq keçirilən səyyar qəbulların məqsədi vətəndaşların problemlərini dinləmək, onları aradan qaldırmaqdır. Niyazi Bayramov Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq Gəncədə aparılan abalıq-quruculuq işlərindən söz açıb. O bildirib ki, hazırda şəhərin 30-a yaxın küçəsinin asfalt örtüyü yenilənir, həmin ərazilərdə müasir işıqlandırma sistemi qurulur. Bununla yanaşı 148 çoxmərtəbəli binanın dam örtüyünün dəyişdirilməsi işi də davam etdirilir.

Görüşdə 25-ə yaxın sakinin şikayət və təklifləri dinlənilib. “Açıq mikrofon” şəraitində keçən qəbulda sakinlər öz problemlərini dilə gətirib, şikayət və təkliflərini səsləndiriblər. Müraciətlər arasında işlə təminat, qəzalı vəziyyətdə olan fərdi yaşayış evinin təmiri, diabet xəstələrinə dərman preparatlarının verilməsi kimi məsələlər üstünlük təşkil edib.

Qəbulda sosial evlərin inşası məsələsinə də toxunulub. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Gəncədə sosial evlərin inşası gündəmdədir və bu prosesə növbəti ilin əvvəllərindən başlanılması planlaşdırılır.

Qəbulda səsləndirilən bir çox problemlər elə yerindəcə öz həllini tapıb, bəzi məsələlərin qeydiyyata alınaraq araşdırılması üçün isə göstərişlər verilb.

Keçidlər