Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov vətəndaş qəbulu keçirib

27 noyabr 2018 | 16:00

 

Gəncə Şəhər İcra Hakimiyyətində hər həftə olduğu kimi bu dəfə də vətəndaşların qəbulu keçirilib. Onların problemləri dinlənilib, qısa müddətdə aradan qaldırılması üçün göstərişlər verilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun bu dəfəki qəbulunda 40-a yaxın sakinin şikayət və təklifi dinlənilib. Səslənən müraciətlər arasında işlə təminat, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin verilməsi, müalicə olunmaq üçün maddi yardımın ayrılması, ünvanlı sosial yardım almaq üçün köməklik göstərilməsi kimi məsələlər üstünlük təşkil edib. Bununla yanaşı podratçı şirkət tərəfindən qaz xətlərinin qeyri-peşəkar formada çəkilişi bəzi sakinlərin haqlı narazılığına səbəb olub. Vətəndaşları dinləyən Niyazi Bayramov səsləndirilən problemlərin qanunvericiliyə uyğun həll olunması istiqamətində müvafiq tapşırıqlar verib. Bununla yanaşı problemli qaz xəttlərinə yerində baxışın keçirilməsi və müvafiq qaydada tədbirin görülməsi üçün göstərişlər verilib. Gəncə Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Keçidlər