Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsinin açılış olub

29 noyabr 2018 | 16:00

Yeni Azərbaycan Partiyasının 26-cı ildönümü münasibəti ilə Gəncədə “Açıq Əyləncəli Futbol Məktəbinin” açılışı baş tutub. “Offside” Futbol Kompleksində baş tutan mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Milli Məclisin deputatları Musa Quliyev, Xanlar Fətiyev, Naqif Həmzəyev, şəhər idman ictimaiyyətinin nümayəndələri və 200-ə yaxın məktəbli iştirak edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycanda idmana göstərilən dövlət qayğısından söz açıb. O, bildirib ki, bu sahə günü-gündən inkişaf edir. Prezident İlham Əliyevin göstərişi ilə idman kompleksləri, futbol meydançaları inşa edilir, mini meydançalar salınır. Ümumtəhsil məktəblərində olan idman zalları müasir qurğularla təchiz olunurlar. Bütün bunlar da uşaqlar və yeniyetmələrin rahat şəkildə idmanla məşğul olmalarına imkan verir.

Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək bildirib ki, “Açıq Əyləncə Futbol Məktəbi” – uşaq futbolunun inkişafına xidmət edən bir layihədir. “Azərbaycanda 12 ildir ki, icra olunan layihədən ümumilikdə 26 mindən artıq uşaq yararlanıb. Layihə çərçivəsində uşaqlara təmənnasız olaraq xüsusi idman geyimləri, futbol topları paylanılır. Azərbaycanda icra olunan “Açıq Əyləncə Futbol Məktəbi” layihəsinin istiqaməti isə bir az fərqlidir. Layihə çərçivəsində həyata keçirilən tədbirlərdə istedadlı uşaqların üzə çıxarılmasına çalışırıq. Həmin istedadlı uşaqlar bizim müxtəlif klubların nəzdində olan akademiyalara cəlb olunacaqlar və peşəkar futbolçu kimi yetişdiriləcəklər. Bu da milli kadrların yetişməsinə xidmət edəcək”.

O həmçinin qeyd edib ki, bu layihənin Gəncədə icra olunması xüsusi önəm daşıyır: “Gəncənin qədim idman ənənələri var. Gəncənin futbol ənənələri var. Bu ənənələri bərpa etmək lazımdır. Onun üçün isə bu gənclərdə istifadə etmək şərtdir. Və unutmaq olmaz ki, burada güclü məşqçi bazası mövcuddur. Onların da dəstəyi vacibdir”.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsinin önəmindən söz açıb. O qeyd edib ki, məktəblilərin idmana, xüsusi ilə də futbola olan marağının artmasına xidmət edir. Bu da öz növbəsində uşaq futbolunun inkişafına bir tövhədir. İdmanla məşğul olan gənc sağlam həyat tərzini də təbliğ etmiş olur. Salam gənclik isə sağlam gələcək deməkdir.

“Açıq Əyləncəli Futbol Məktəbi” layihəsinin açılış mərasimində uşaqlara müxtəlif idman geyimləri və idman ləvazimatları paylanılıb. Gəncənin müxtəlif uşaq futbolu komandalarının təqdimatında idman hərəkətləri izlənilib. Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər