Niyazi Bayramov vətəndaş qəbulu keçirib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşları qəbul edib. Şəhər rəhbəri onların müraciətlərini dinləyib, səslənən problemlərinin qısa müddətdə aradan qaldırılması üçün müvafiq göstərişlər verib.
Qəbulda vətəndaşların müxtəlif şikayət və təkliflərinə baxılıb. Belə ki, səslənən müraciətlər arasında işlə təminat, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, şəxsi evin özəlləşdirilməsi, çoxmərtəbəli yaşayış binalarının fasadının təmiri və digər məsələlər üstünlük təşkil edib. Vətəndaşları dinləyən Niyazi Bayramov səsləndirilən problemlərin qanunvericiliyə uyğun həll olunması istiqamətində müvafiq tapşırıqlar verib. Gəncə Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.