Elnur Rzayev Çinin Pekin şəhərində keçirilən beynəlxalq forumda iştirak edib
Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev Çinin Pekin şəhərində keçirilən beynəlxalq forumda iştirak edib. Forum Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının əhatə etdiyi şəhərlərin “Aşağı karbonlu inkişafı” mövzusunda baş tutub.
Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Asiya İnkişaf Bankının təşkilatçılığı ilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının əhatə etdiyi şəhərlərin “Aşağı karbonlu inkişafı” mövzusunda Forum və əlaqəli iclasları keçirilib. Tədbirə qatılan Azərbaycan nümayəndə heyətinin tərkibində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev iştirak edib. Forumda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının əhatə etdiyi şəhərlər və müxtəlif təşkilatlardan, ümumilikdə 41 ölkədən 150 nəfər iştirak edib.
İlk plenar iclası Asiya İnkişaf Bankının Şərqi Asiya Regional Şöbəsinin baş direktorunun müavini Tereza Kxo açaraq, əməkdaşlığın daha da artırılmasının məqsədəmüvafiq olduğunu bildirib. İqlim dəyişikliyinə qarşı mübarizə strategiyası və beynəlxalq əməkdaşlıq üzrə Milli Mərkəzin baş direktoru Süy Xuatsin çıxış edərək bildirib ki, burada məqsəd energetika, nəqliyyat sektorlarında aşağı karbon tullantılı prioritet kapital qoyuluşlarını müəyyən etmək, iqlimə təsirin yumşaldılması üzrə tədbirlərin, o cümlədən aşağı karbon inkişafı sahəsində olan təcrübə mübadiləsini həyata keçirərək yaşıl, rəqabətqabiliyyətli, dayanıqlı və inklüziv şəhərlərin yaradılmasıdır.
Forumda həmçinin moderator - Asiya İnkişaf Bankının Şərqi Asiya Regional Şöbəsinin iqlim dəyişikliyi üzrə baş mütəxəssisi Xuedu Lu çıxış edərək, şəhərlərin aşağı karbonlu inkişafını təşviq etmək üçün yer üzərindəki təcrübələri haqda məlumat verib. Aşağı Karbon Urbanizasiyası mövzusunda panel müzkirəsi keçirlib. Daha sonra aşağı karbonlu şəhərlərin icra və bələdiyyə başçılarının iştirakı ilə dəyirmi masa baş tutub.
Daha sonra “Çin Xalq Respublikasının şəhərlərində iqlim dəyişikliyi probleminin 50 həlli” kitabı təqdim olunub. Kitab üzərində işləyən yerli mütəxəssislərin, baş redaktorun və digər ekspertlərin iştirakı ilə iqlim dəyişikliyi probleminin həlləri barədə müzakirər aparılıb.
Beynəlxalq Forum Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının əhatə etdiyi şəhərlərində davamlı, inklüziv və firavan iqtisadi inkişafı daha da artırmaq üçün iqlim dəyişikliyinə aid tədbirlərinin həyata keçirilməsi üzrə potensialını gücləndirmək üçün şəhərlərə dəstək verməyi nəzərdə tutub. Forumda sektorlararası yanaşmalar, inteqrasiyanın planlaşdırılması, köhnə sənaye şəhərlərinin müasir tipli, yaşanabilən, aşağı karbonlu şəhərlərə çevrilməsində yaranan problemlər ilə mübarizə aparılması müzakirə edilib. Forum pilot şəhər və beynəlxalq təcrübələri əsasında bilik və təcrübə mübadiləsini asanlaşdırıb.