Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Bu gündən Gəncənin baş meydanında bayram tədbirləri başlayır

18 dekabr 2018 | 16:00

Gəncə yeni ili qarşılamağa hazırlaşır. Şəhərdə artıq bayram abu havası hiss olunur. Hər il Gəncənin baş meydanını bəzəyən küknar ağacı hazırdır. Hündürlüyü 21 metr olan küknar ağacı 500-dən çox müxtəlif oyuncaqla bəzədilib, ağacın üzərində işıq sistemi və effektlər quraşdırılıb.

Əvvəlki illərdən fərqli olaraq, şəhər sakinləri bu il bir sıra yeniliklərin şahidi olacaqlar. Belə ki, şəhərin baş meydanında 10 ədəd kiçik evcik qurulub ki, burada da müxtəlif yeyinti məhsullarının tanıtımı və satışı həyata keçiriləcək.

Ərazidə uşaqların asudə vaxtının maraqlı təşkili üçün müxtəlif atraksionlar quraşdırılıb, fərqli əyləncələr nəzərdə tutulub. Burada Şaxta baba üçün ev qurulub. Yeni ilin qocaman babası balacaları öz evində qəbul edəcək. Uşaqlar Şaxta babaya öz ürək sözləri və istəklərini qeyd etdikləri məktubları da təqdim edə biləcəklər.

Gəncə Dövlət Dram və Kukla Teatrlarının kollektivlərinin çıxışları da gözlənilir.

Bütün bunlarla yanaşı gündəlik şou-proqramlar, uduşlu viktorinalar şəhər sakinlərinin zövglərinə oxşayacaq. Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə musiqili proqramlar təqdim olunacaq. Belə ki, şəhərin musiqi kollektivləri, hər gün biri olmaqla, saat 17:00-da konsert proqramı ilə sakinlər qarşısında çıxış edəcəklər. İlk konsert bu gün F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kollektivi tərəfindən təqdim olunacaq.

Dekabın 22-də Azərbaycanın tanınmış müğənnilərinin iştirakı ilə böyük konsert proqramının təşkili nəzərdə tutulub. Dekabrın 26-da isə Azərbaycan Respublikasının əməkdar artisti Abbas Bağırov canlı konsert proqramı ilə şəhər sakinləri qarşısında çıxış edəcək.

Dekabırın 31-də isə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Gəncənin baş meydanında konsert proqramı təşkil olunacaq. Gəncə Yeni ili möhtəşəm atəşfəşanlıqla qarşılayacaq.

Keçidlər