Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Belarus səfirini qəbul edib

21 dekabr 2018 | 16:00

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Belarus Respublikasının ölkədəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib. Görüşdə "Gəncə Avtomobil Zavodu" İB-nin direktoru Kamran Nəzərov da iştirak edib.

Görüşdə Azərbaycanla Belarus arasındakı əlaqələrdən söz açılıb, müxtəlif sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanb. Qeyd olunub ki, Gəncə Avtomobil Zavodu sənaye sahəsində Belarus-Azərbaycan əməkdaşlığının flaqmanıdır. 10 ildən artıqdır ki, bu zavod traktor, avtomobil, kommunal texnika və xüsusi texnikanın yığılması əməliyyatlarının həyata keçirilməsində Belarusun texnika istehsalı üzrə aparıcı müəssisələri: “MTZ” İstehsalat Birliyi, “MAZ” Açıq Səhmdar Cəmiyyəti (ASC), “Amkodor” ASC, “MZKT” ASC ilə fəal əməkdaşlıq edir. Bu illər ərzində Gəncə avtomobil zavodu Azərbaycan bazarını müxtəlif modifikasiyalı traktor və avtomobil texnikası ilə təchiz edib.

Növbəti ildən bu əməkdaşlıq daha da genişləndiriləcək. Belə ki, Gəncə Avtomobil Zavodunda Belarusun texnika istehsalı üzrə aparıcı müəssisələri ilə birlikdə yeni “Elektrobus”ların istehsalına başlanılması planlaşdırılır. İstehsala başlamazdan əvvəl Gəncədə belaruslu mütəxəsislərin iştirakı ilə monitoringlər keçiriləcək və şəhərdə hansı tutumlu “Elektrobus”lara ehtiyac olduğu müəyənləşdiriləcək. Bundan sonra tutumundan asılı olaraq kiçik və böyük qabaritli “Elektrobus”lar istehsal olunacaq. “Elektrobus”lar istifadəyə verilməzdən əvvəl şəhərin müxtəlif ərazilərində enerji dolduma stansiyaları quraşdırılacaq.

Söhbət zamanı Azərbaycan ilə Belarus arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğu dilə gətirilib. Azərbaycanla Belarus arasında iqtisadiyyat və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən birgə layihələrin icrası, qarşılıqlı təcrübə mübadiləsi, işçi görüşlərinin təşkili və digər məsələlər müzakirə olunub.

 

Keçidlər