Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Avropa Azərbaycan Cəmiyyətinin Təmsilçiləri və Böyük Britaniyanın millət vəkilləri Gəncəyə səfər edib

02 iyun 2013 | 15:00

İşgüzar səfər çərçivəsində nümayəndə heyətini Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev qəbul edib. Görüşdə həm sosial, həm də iqtisadi sahalər müzakirə predmeti olub.
İcra başçısı Elmar Vəliyev qonaqlara Gəncənin tarixi, maddi mədəniyyət abidələri, hazırda Gəncədə aparılan məqsədyönlü işlər haqqında məlumat verib. Şəhərin tarixinin araşdırılması və yaşının yenidən öyrənilməsi məqsədilə 4 min 452 hektar ərazidə aparılan arxeoloji qazıntı işləri və yeraltı fayton yollarının bərpası məsələsi də nümayəndə heyətinin diqqətinə çatdırılıb. Elmar Vəliyev Gəncədə vaxtilə yaşayıb-yaradan görkəmli şəxsiyyətlər haqqında nümayəndə heyətinə geniş məlumat verib.

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlıq bildirən Böyük Britaniyadakı Azərbaycan Dosluğu Qrupunun rəhbəri Kristofer Pinçer  Gəncəyə gələrkən Nizami Məqbərəsini ziyarət etdiklərini və orada yaradılan şəraitdən məmnunluq duyduqlarını dilə gətirib. Nümayəndə heyətinin sənaye müəssisələri ilə bağlı suallarına da aydınlıq gətirilib. Qonaqlar İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə Det-Al Alüminium və Gəncə Şərab zavodlarının iş prosesi ilə yaxından tanış olmaq arzusunda olduqlarını bildiriblər. Günortadan sonra qonaqlar Det-Al Alüminium və Şərəb zavodunda olublar. Müəssisələrin iş şəraiti, istehsal gücü  və imkanları ilə yaxından maraqlanıblar.  


Kristofer Pinçer  Böyük Britaniyadakı Azərbaycan Dosluğu Qrupunun rəhbəri: “ Böyük Britaniya parlamentinin üzvləri kimi Gəncəyə səfərimizdən məmnunuq. Gəncədə olduğumuz qısa zaman ərzində qədim Gəncə torpağı haqqında , onun həm tarixi, həm də indiki vəziyyəti ilə bağlı geniş məlumat əldə etdik. Ümid edirik ki, Azərbaycanla Böyük Britaniya arasındakı mədəni,iqtisadi və siyasi əlaqələr daha da genişlənər”.
Kristofer Pinçer Gəncə ilə Böyük Britaniya şəhərlərinin dərin əlaqələrlə bir birinə bağlanması istəyini də dilə gətirib. O, Gəncə şəhərində olduğu kimi Britaniyanın iri şəhərlərində də hazırda təmir, tikinti və böyük infrastruktur layihələrinin həyata keçirildiyini bildib.

Keçidlər