Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “20 Yanvar” faciəsi şəhidlərinin xatirəsi anılıb

21 yanvar 2019 | 16:00

Hər xalqın tarixində dönüş nöqtəsi olur... Onun sonrakı taleyini müəyənləşdirən dönüş nöqtəsi. 29 il əvvəl Azərbaycan xalqı da, yarım əsrdən artıq davam edən "əsirlik" həyatına bir nöqtə qoydu və başlığı "AZADLIQ" olan yeni səhifə yazdı, qanı ilə, canı ilə. Kimi həmin günün şəhidi oldu, kimi şahidi.

Bu gün Azərbaycan xalqı həmin günün şahidləri ilə birlikdə şəhidlərini anmaq üçün bir araya toplaşmışdı. Respublikanın hər yerində olduğu kimi Gəncədə də 20 yanvar faciəsi şəhidlərinin xatirəsini anılıb.

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Din xadimi tərəfindən şəhidlərin ruhuna dualar oxunub.

Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə saat 12:00-da səs siqnalları verilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ictimaiyyət nümayəndələri ilə birlikdə şəhid məzarlarını ziyarət edərək onların üzərinə qərənfillər düzüb.

Bildirək ki, 29 il bundan öncə törədilən “20 Yanvar” hadisəsi təkcə hüzn günü kimi yox, eyni zamanda tariximizin şərəf və qəhrəmanlıq günü kimi yaddaşlarda qalıb.

“20 Yanvar” və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bununla belə Azərbaycan xalqı hər zaman olduğu kimi öz qürurunu itirmədi, onun iradəsi qırılmadı.  Prezident İlham Əliyevin diqqət və qayğısı ilə bütün ölkədə olduğu kimi Gəncə şəhərində də şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün lazımi şərait yaradılıb. Onların mənzil təminatı yaxşılaşdırılır və problemləri aradan qaldırılır.

 

Keçidlər