Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşları qəbul etdi
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşların ərizə və şikayətlərinə həmişə diqqətlə yanaşıb, mümkün olan məsələlər yerindəcə öz həllini tapır. Problemlərin aradan qaldırılması üçün müvafiq göstərişlər verilir. Qanunsuz tikililər sökülür, yollar abadlaşdırılır, binaların görkəmi dəyişir. Gəncə tarixini saxlamaqla ən müasir bir şəhərə çevrilir.
Son iki ildən artıq bir dövrdə vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması, onların qəbulu, əhali tərəfindən qaldırılan problemlərin qanunvericiliyə müvafiq həlli yollarının müəyyənləşdirilməsi və təmin edilməsi sahəsində böyük irəliləyişlər olub. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin müxtəlif sahələr aid müraciətləri olan şəhər sakinlərinin qəbulu vətəndaşların inam yerinə çevrilib.
Dövlət strukturlarının, eləcə də hüquq –mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən növbəti qəbulda sakinlərin əsas problemi torpaq sahələrinin ayrılması, işlə təminat və.s məsələlərlə bağlı müraciətlər edilib. İcra başçısı şikayətçiləri diqqətlə dinlədikdən sonra adiyyatı üzrə idarə və təşkilatların rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan bir çox məsələlər icra başçısı tərəfindən yerindəcə həll edilib. Elmar Vəliyev qeyd edib ki, vətəndaşlar tərəfindən irəli sürülən arzu və təkliflər bundan sonra da öz müsbət həllini tapacaq. Qəbulda iştirak edən sakinlərdən Qarabağ müharibəsi əlili Elgün Məmmədovun torpaq, şəhid ailəsi Sahilə Hüseynovanın evinin təmiri, digər bir şəhid ailəsi Nazlı Namazovanın övladının işlə təmin olunması və.s məsələlər öz həllini tapdı. Şəhid ailəsi Gülnaz Zeynalova, Tamara Bayramova və başqaları qəbulda onlara göstərilən köməkliyə görə ölkə başçısına və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, şikayətçilərin böyük qismini Qarabağ əlilləri və şəhid ailələri təşkil edib. Ümumilikdə 70 nəfər şikayətçinin müraciəti dinlənilib.