Niyazi Bayramov Gəncənin Gülüstan qəsəbəsinin sakinləri ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gülüstan qəsəbəsinin sakinləri ilə görüşüb. Görüşdə qəsəbədə olan problemlər dilə gətirilib, sakinlərin şikayət və təklifləri dinlənilib. Mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinləri salamlayaraq təşkil olunan səyyari görüşlərin məqsədindən söz açıb. O bildirib ki, bu cür görüşlər ölkə rəhbəri, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilir. Məqsəd isə sakinlərin problemləri ilə yaxından tanışlıq və onların aradan qaldırılmasıdır.
Gülüstan qəsəbəsinin sakinləri öz şikayət və təkliflərini səsləndiriblər. Dilə gətirilən müraciətlərin əsasını torpaq sahəsi ilə təminat, qəsəbədə olan çoxmərtəbəli binaların fasadlarının yenilənməsi, yolların asfaltlanması, gecə işıqlandırılması sisteminin qurulması, binaların həyətlərində uşaqların istirahəti üçün oyun meydançalarının salınması kimi məsələr təşkil edib.
Səsələndirilən digər bir çox məsələ yerindəcə öz həllini tapıb, bəzilərinin isə araşdırılaraq həll olunması istiqamətində müvafiq göstərişlər verilib.