Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov “Poçt” qəsəbəsinin sakinlərini dinləyib

27 fevral 2019 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun növbəti səyyar qəbulu şəhərin “Poçt” qəsəbəsində baş tutub. Şəhər rəhbəri bildirib ki, Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq keçirilən səyyar qəbulların məqsədi vətəndaşların problemlərini dinləmək, onları aradan qaldırmaqdır.

 

Qəbulda sakinlər rahatlıqla öz problemləri dilə gətirib, təkliflərini səsləndiriblər. Müraciətlər arasında işlə təminat, mübahisəli torpaq məsələləri, küçə işıqlanıdırılması, ara yolların asfaltlanması, ərazidə müxtəlif marşrut xəttləri üzrə işləyən ictimai nəqliyyat vasitələrinin sayının artırılması, dayanacaqların bərpası kimi məsələlər üstünlük təşkil edib.

 

Görüşdə sakinlərin fərdi problemləri də dinlənilib. Səsləndirilən bir çox məsələlər yerindəcə öz həllini tapıb. Bəzilərinin isə araşdırılaraq aradan qaldırılmaları üçün aidiyyatı idarə və təşkilat rəhbərinə müvafiq tapşırıqlar verilib.

 

 

Keçidlər