Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Novruz - 2019” kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub.
Gəncənin Nizami Rayon Şeyx Bahəddin küçəsində və Kəpəz Rayon “Qrand Qafqaz” Ticarət Kompleksində Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunur. Yarmarkada Novruz atributları olan Kosa və Keçəl musiqili proqramla çıxıb edib, alıcılara bayram əhval-ruhiyyəsi bəxş ediblər.
“Novruz - 2019” kənd təsərrüfatı məhsullarının satış yarmarkasında Gəncə və ətraf rayonlarda istehsal edilən kənd təsərrüfatı və yeyinti məhsulları satışa çıxarılıb. Bazar qiymətindən aşağı kənd təsərrüfatı malları, mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, tərəvəz, meyvə və s. məhsullar alıcılara təqdim edilib.
Ayrılan yer müasir standartlara uyğun formada təşkil edilib, istehlakçılar və fermerlər üçün əlverişli ticarət mühiti yaradılıb.
Yarmarkada yumurtanın 1 ədədi 10 qəpiyə, unun 50 kiloqramı 26 manat 50 qəpiyə, qoz və fındığın bir kiloqramı 4-6 manata , şabalıd 7 manata təklif olunur. Bunlarla yanaşı mal əti 7 manat 50 qəpiyə, qoyun əti 8 manata, toyuq əti 3 manat 30 qəpiyə təklif olunur. Kartof və soğanın qiyməti 50-60 qəpik arasında dəyişir.
Bildirək ki, bütün məhsulların keyfiyyətinə nəzarət olunaraq satışa çıxarılır. Gəncədə hər həftənin şənbə və bazar günləri olmaqla Novruz bayramınadək mütəmadi təşkil olunacaq.
Qeyd edək ki, “Novruz Bayramı Yarmarkası” Prezident İlham Əliyevin tapşırığı ilə paytaxtda 14 ünvanda, habelə ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-dan isə 21-dək hər gün keçiriləcək.