Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

UNESCO-nun baş direktoru gəncəlilərə yaşadıqları şəhərin 4 min il yaşı ilə əlaqədar təbrik ünvanlamışdır

02 iyul 2013 | 15:00

Son iki ildə  tarixi və əlamətdar günlərin sevincini yaşamış Gəncə sakinləri daha bir əzəmətli tarixi hadisənin şahidi olmuşlar. UNESCO-nun baş direktoru İrina Bokova gənclilərə yaşadıqları şəhərin 4 min illiyi münasibətilə təbrik ünvanlamışdır.
Bu barədə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının iclas salonunda keçirilən ümumşəhər toplantısında ətraflı məlumat verilmiş və UNESCO-nun baş direktorunun gəncəlilərə göndərdiyi təbrik məktubunun mətni oxunmuşdur.
Məktubda qeyd edilir ki, qədim İpək yolunun qovşağında yerləşən Gəncə şəhəri bu yolboyu mövcud olan ticarət və mədəni əlaqələrin qurulmasında böyük rol oynamışdır. Gəncə uzun müddətdir UNESCO-nun ideyası olan dialoq və qarşılıqlı anlaşmanın əsasında duran bilik, elm və müxtəlif insanların tolerantlığının qovşağı kimi tanınır. Bu ruha malik Gəncə tarixin bütün dövrlərində filosofların, şairlərin, alimlərin məkanı olmuşdur. Təsadüfi deyildir ki, məhz Nizami Gəncəvi və Məhsəti Gəncəvi burada yaşamış və yaratmışlar.
Məktubda həmçinin Gəncə şəhərinin 4 min illik yubiley tədbirlərinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlaar Şurasının himayəsi və rəhbərliyi ilə reallaşdırılır və bu yaxınlarda Bakıda təqdimatı da keçiriləcəkdir.
Məktubun mətni gurultulu alqışlarla qarşılanmış və Gəncənin əsl yaşının dəqiqləşdirildiyi üçün toplantı iştirakçılarının sevincinə səbəb olmuşdur. AMEA-nın Gəncə Bölməsinin direktoru Fuad Əliyev, Gəncə Dövlət Universitetinin rektoru Yadigar Əliyev, tədqiqatçı-alim Tofiq Xəlil, professor Həsənbala Sadıqov, dosent Pərvin Kərimzadə və başqaları çıxış edərək Gəncənin əsl yaşının dəqiqləşdirilməsində xidmətləri olan ölkə başçısı İlham Əliyevə və milli dəyərlərimizin qoruyucusu, Heydər Əliyv Fondunun prezidenti Mehriban Əliyevaya, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə minnətdarlıqlarını bildirmişlər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev toplantıda çıxış edərək gəncəliləri təbrik etmiş, şəhərdə aparılan genişmiqyaslı quruculuq işlərindən, tarixi abidələrin bərpasından, İmamzadə dini tarixi kompleksində aparılan son tamamlama işlərindən danışmış, Gəncə və gəncəlilərə göstərdiyi böyük qayğıya və dəstəyə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun pezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevaya şəhər sakinləri adından minnətdarlığını bildirmişdir.
 

Keçidlər