Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhər Baş Polis İdarəsinin şəxsi heyəti peşə bayramını qeyd edib

03 iyul 2013 | 15:00

Ulu öndər Heydər Əliyevin 24 may 1998-ci il tarixli fərmanı ilə Azərbaycan polisi hər il iyulun 2-ni peşə bayramı kimi qeyd edir. Ölkədə daxili sabitliyi yaradan və qoruyan, vətəndaşın asayişini mühafizə edən, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən Azərbaycan polisinin peşə bayramı Gəncədə də təntənə ilə qeyd olundu. Şəxsi heyət əvvəlcə Baş meydanda ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ümummilli liderin ruhuna hörmət və ehtiramlarını bildirdilər.
Baş polis idarəsində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və daxili işlər naziri Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubu oxundu.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycan polisinin yaranmasının 95-ci ildönümü münasibəti ilə şəxsi heyəti təbrik etdi. İcra Başçısı qeyd etdi ki, 1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyəti milli hökumətinin tərkibində yaradılmış daxili işlər nazirliyi və onun əməkdaşları fəaliyyət göstərdikləri dövrlərdə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazanıb, yüksək bilik və peşə hazırlığı əldə edib. Azərbaycan polisi respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanıb, təşkilati cəhətdən möhkəmlənib.
Elmar Vəliyev şəxsi heyətə gündəlik fəaliyyətlərində uğurlar dilədi.

Qeyd edək ki, bayram tədbirində Gəncə şəhərində fəaliyyət göstərən dövlət müəssisələrinin rəhbərləri, şəhər ziyalıları və polis veteranları da iştirak edib.

Keçidlər