Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətində vətəndaş qəbulları davam edir

08 may 2019 | 16:00

Niyazi Bayramov vətəndaşları qəbul edib. Gəncə Şəhər İcra Hakimiyyətində mütəmadi olaraq təşkil olunan qəbulların əsas məqsədi vətəndaşların şikayat və təkliflərini dinləmək, onları narahat edən problemlərin araşdırılaraq, aradan qaldırılmasını təmin etməkdir.

Bu dəfəki qəbulda səslənən müraciətlər işlə təminat, ara yolların asfaltlanması, küçə itlərinin verdiyi narahatlıq, fərdi yaşayış evinin təmiri və digər məsələlərlə bağlı olub. Dilə gətirilən bir çox problem yerindəcə öz həllin tapıb. Bəzi məsələlərin araşdırılaraq qanuna uyğun formada aradan qaldırılması üçün müvafiq idarə, müəssisə və təşkilat rəhbərlərinə aidiyyatı üzrə tapşırıqlar verilib.

Keçidlər