Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə 7 nömrəli tam orta məktəbin əsasəlı təmirdən sonra açılışı olub

10 may 2019 | 16:00

Əsaslı şəkildə  yenidənqurmadan sonra istifadəyə verilən məktəbin açılışında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, təhsil işçiləri, məktəbin müəllimləri, valideynlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında məktəbin açılışı əlamətdar günlərdən biri olan Ulu öndər Heydər Əliyevin doğum gününə təsadüf etdiyini qeyd edib. Şəhər rəhbəri bildirib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi müvafiq dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf istiqamətlərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu proses Gəncə şəhərində də uğurla davam etdirilir. Onun sözlərinə görə, Nizami yurdunda baş verən inkişaf Prezident İlham Əliyevin Gəncəyə olan diqqət və qayğısının bariz nümunəsidir.

Niyazi Bayramov həmçinin vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan təhsilinin inkişafına mühüm töhfələr verir. Yeni məktəb binaları, məktəbəqədər müəssisələri tikilib istifadəyə verilir.

Məktəbin direktoru Sevda Sadıqova çıxış edərək məlumat verib ki,  məktəbdə 975 nəfər təhsil alır və burada Rus və Azərbaycan bölmələri fəaliyyət göstərir. Şagirdlərə 120 nəfər müəllim elm-bilik öyrədir. Keçən tədris ilinin sonunda  məktəbi bitirən məzunlardan 3 nəfəri 600-dən yuxarı, 5 nəfər isə 500-dən yuxarı bal toplayıb.

Rəsmi hissədən sonra şəhər rəhbəri məktəb şagirdləri üçün yaradılan şərait və dərs prosesi ilə tanış olub.

Qeyd edək ki , 7 №-li tam orta məktəb 1985-ci ildən fəaliyyət göstərir, 1176  şagird yerlikdir. Əsaslı təmir olunan məktəb binasında tibb ocağı, kitabxana, idman zalı, laboratoriya, kompyuter otağı və 50 sinif otağı var. 

 

 

  

Keçidlər