Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

“İnternet mediasında peşə etikası” mövzusunda təlim keçirilmişdir

07 iyul 2013 | 15:00

Ölkənin aparıcı xəbər saytlarının, agentliklərinin, eləcə də regional mediada çalışan jurnalistlərin və media üzrə mütəxəssislərin iştirakı ilə Azərbaycanda internet mediasında jurnalistlərin peşə etikası ilə bağlı yol vermiş olduğu problemlərin müzakirəsinə həsr olunmuş tədbiri giriş sözü ilə Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev açaraq 2012-ci ildə təsis olunmuş qurumun məqsəd və vəzifələrindən danışmış, tədbirin mahiyyətini iştirakçıların diqqətinə çatdırmışdır.
Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək qonaqları salamlamış, demokratik dövlət quruculuğunda Azərbaycan mətbuatının xidmətlərindən, eləcə də bu sahədə qazanılan uğurlardan danışmışdır. Bütün respublikada olduğu kimi Gəncədə də media təmsilçilərinə yaradılan şəraiti diqqətə çatdıran Elmar Vəliyev eyni zamanda şəhərdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərindən, ölkə başçısının qayğı və dəstəyi ilə həyata keçirilən böyük layihələrdən söhbət açmış, sonra media təmsilçilərinin suallarına cavab vermişdir.
Tədbirdə Respublika Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli çıxış edərək son iki ildə şuranın gördüyü işlərdən, eləcə də şuraya daxil olan şikayətlərdən danışmış, bu şikayətləri yaradan səbəblərin aradan qaldırılması üçün qarşıda duran vəzifələrdən söz açmışdır.
«Zaman Azərbaycan» qəzetinin baş redaktoru Süleyman Ünal Azərbaycanda medianın sərbəst fəaliyyəti üçün yaradılan şəraiti yüksək dəyərləndirmişdir. S.Ünal respublikamızda gedən genişmiqyaslı yenidənqurma işlərinin media təmsilçiləri üçün geniş baza yaratdığını vurğuladı. Bu işlərin uğurlara bir vəsilə olduğunu qeyd etdi.

Tədbirdə APA agentliyinin nümayəndəsi Ramin Məmmədli, İnews agentliyinin təmsilçisi Elşən Rüstəmov, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova və başqaları çıxış edərək müzakirə olunan mövzu ilə bağlı fikirlərini səsləndirmişlər.

İki gün davam edəcək tədbir zamanı ölkənin aparıcı xəbər saytlarında, agentliklərində, eləcə də regional mediada çalışan jurnalistlər Gəncənin tarixi yerlərinə ekskursiyalarda iştirak edəcək, dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcək, şəhərdə aparılan abadlıq və yenidənqurma işləri ilə yaxından tanış olacaqlar.

Keçidlər