Niyazi Bayramov Gəncədə fəaliyyət göstərən bir qrup sahibkarla görüşüb
Niyazi Bayramov Gəncədə fəaliyyət göstərən obyekt sahibləri ilə növbəti dəfə görüş keçirib. Görüşdə Gəncə Şəhər Baş Polis idarəsinin rəisi Əkbər İsmayılov, şəhər prokuroru Fazil Həsənəliyev, Nizami və Kəpəz rayon icra hakimiyyətlərinin başçıları və struktur rəhbərləri iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək sahibkarlara öz tövsiyyələrini verib. Şəhər rəhbəri Prezident İlham Əliyevin sahibkarlara yaratdığı şəraitin göz qabağnda olduğunu bildirib, icra qurumları tərəfindən də sahibkarlara lazımi köməkliklərin göstərildiyini diqqətə çatdırıb. Sahibkarların fəaliyyətinə mane olan bəzi neqativ halların mövcudluğuna diqqət çəkən Niyazi Bayramov, onların yaşanmaması və bir daha təkrarlanmaması üzrə aidiyyatı qurumlara ciddi tapşırıqlar verib.
Daha sonra icra başçısı sahibkarlıq obyektlərinin günün tələblərinə uyğun yenilənməsi, bu sahənin nkişaf istiqamətlərinin öyrənilməsi və inkişafın əldə olunması üçün marketinq işlərinin aparılmasını tövsiyə edib.
Görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, qarşıya çıxan bəzi problemlər yerində həll olunub.
Sonda sahibkarlar yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirib, onların fəaliyyətlərinin daha da genişləndirilməsinə köməkik göstərilməsi istiqamətində atılan addımları və əməli köməyi yüksək qiymətləndiriblər.