Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

8 Noyabr - Zəfər Günü ilə əlaqədar olaraq Gəncənin Şəhidlər xiyabanı ziyarət edilib

08 noyabr 2024 | 13:11

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, məhkəmə sədrləri, universitet rektorları, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, dini konvensiyanın nümayəndələri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri və müharibə iştirakçıları ilə birgə  Gəncənin Şəhidlər Xiyabanını ziyarət ediblər.

Mərasim iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ucaldılan Əbədi Məşəl Abidəsinin önünə tər çiçəklər düzüblər. Bununla yanaşı, rəsmilər şəhid məzarlarını ziyarət edib, onların ruhunu ehtiramla yad ediblər.

Şəhid ailələri və müharibə iştirakçıları göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq, bu gün Gəncədə 8 Noyabr - Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilir.

Keçidlər