Gəncə Şəhər İcra Hakimiyyəti başçısı vətəndaşları qəbul edib
18 iyun 2019 | 16:00
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşların şikayət və təkliflərini dinləyib. Səslənən problemlərin araşdırılaraq aradan qaldırılması üçün müvafiq göstərişlər verilib.
Səslənən müraciətlər arasında işlə təminat və fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin verilməsi kimi məsələlər üstünlük təşkil edib. Bununla yanaşı dərman preparatı ilə təminat, fərdi yaşayış evinin təmiri ilə bağlı müraciət edən sakinlər də olub. Qəbulda dilə gətirilən bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyəti qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.