Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Yeni Gəncə qəsəbəsinin sakinləri ilə görüşüb

19 iyun 2019 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Yeni Gəncə qəsəbəsinin sakinləri ilə görüşüb, şikayət və təkliflərini dinləyib. Bununla yanaşı o, qəsəbənin bir sıra ərazilərinə də baxış keçirib.

Şəhər rəhbəri qeyd edib ki, bu cür görüşlər ölkə rəhbəri, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilir. Əsas məqsəd sakinləri dinləmək, onları narahat edən məsələləri öyrənərək mövcud problemləri həll etməkdir.

Sakinlər təşkil olunan görüşləri müsbət qiymətləndirib, göstərilən diqqətə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını ifadə ediblər. Görüşdə Yeni Gəncə qəsəbəsi sakinlərini narahat edən məsələlər dilə gətirilib. Sakinlər binaların fasadlarının yenilənməsini, liflərin təmirini, uşaqlar üçün oyun meydançalarının salınmasını, ara yolların asfaltlanmasını xahiş ediblər. 2 nömrəli tam orta məktəbin kollektivi, çalışdıqları təhsil müəssisəsinin əsaslı təmirə ehtiyacı olduğunu dilə gətirib.

Görüşdə şəhərin başqa ərazilərində yaşayan sakinlər də iştirak ediblər. Onlar əsasən su və mavi yanacaqla təminatla bağlı problemlərini dilə gətiriblər.

Sakinlərə bildirilib ki, şəhərin yeni salınan və mavi yanacaqla təmin olunmayan ərazilərinin qazlaşdırılmasına başlanılıb. Bununla yanaşı köhnə qaz xəttlərinin yenilənməsi prosesi də davam edir.

Qəbulda dilə gətirilən bir çox məsələ yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

Keçidlər