Niyazi Bayramov şikayətlərlə yerində tanış olub
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin bir sıra ərazilərinə baş çəkib, sakinləri narahat edən məsələlərlə yerində tanış olub. Şəhər rəhbəri asfalt salınan, gecə işıqlanma sistemi qurulan küçələrə baxıb, işin gedişatı ilə maraqlanıb.
Bununla yanaşı Niyazi Bayramov sakinlərlə söhbət edib, onların müraciətlərini dinləyib.
Bəzi ərazilərdə vətəndaşlar su ilə təminatla bağlı problem yaşadıqlarını dilə gətiriblər. Gəncə “Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə, su-kanalizasiya layihəsinin hələ icra olunmadığı ərazilərə baxış keçirilməsi və mövcud problemin müvafiq qaydada həlli tapşırılıb. Vətəndaşlar binaların həyətlərində olan və uşaqların oynamasına maneə törədən qanunsuz tikililərdən də şikayətləniblər. Şəhər rəhbəri Yeni Gəncə yaşayış massivindəki çoxmənzilli yaşayış binaların həyətlərinin, sakinlər tərəfindən gediş-gəliş üçün istifadə olunan boş sahələrin və məktəb yollarının səligəyə salınması istiqamətində göstəriş verib.