Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov mütəmadi olaraq vətəndaşların problemləri ilə maraqlanır

04 iyul 2019 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi olaraq vətəndaşları qəbul edir, onların problemləri ilə maraqlanır, şikayət və təkliflərini dinləyir. Növbəti belə qəbulda 20-yə yaxın sakin iştirak edib.

Qəbulda iştirak edən vətəndaşlar öz problemlərini dilə gətiriblər. Müraciətlər arasında işlə təminat, fərdi yaşayış evinin təmiri, torpaq sahəsinin ayrılması, çoxmənzilli binalarda dam örtüyünün dəyişdirilməsi və bir sıra digər məsələlər yer alıb. Sakinlərin hər birinin müraciəti fərdi şəkildə dinlənilib. Səsləndirilən əksər problemlər yerindəcə öz həllini tapıb. Bəzilərinin isə araşdırılaraq həll olunması istiqamətində müvafiq tapşırıqlar verib. Gəncə Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

 

Keçidlər