Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramova Rusiya Federasiyasının “Şərəf və ləyaqət” ordeni təqdim olunub

07 avqust 2019 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Rus icmasının sədr müavini Boris Voronini qəbul edib. Görüşdə Qərb Regionu üzrə Rus icmasının sədri Valeri Kozin, sədr müavini, “Novosti Gandji” qəzetinin redaktoru İrina Kalaşnikova da iştirak ediblər.

Söhbət zamanı bildirilib  ki, Azərbaycan və Rusiya xalqları arasındakı münasibətlərin çoxəsrlik tarixi var. Bu gün Azərbaycanda yüz minlərlə rus yaşayır və onların kompakt yaşayış məskənləri qorunmaqdadır. Bu da onu göstərir ki, Azərbaycanda Rus icması diqqət və qayğı ilə əhatə olunub və cəmiyyətin tamhüquqlu üzvüdür.

Daha sonra Rus icmasının sədr müavini Boris Voronin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova, şəhər və bölgələrdəki rus icmasına, əmək və müharibə veteranlarına göstərdiyi böyük köməyə görə “Şərəf və ləyaqət” ordenini təqdim edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov öz növbəsində əməyinin yüksək qiymətləndirildiyinə görə qonaqlara təşəkkürünü bildirib.

Şəhərin rus icmasına göstərdiyi daimi köməyə görə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədov isə I dərəcəli fəxri diplomla mükafatlandırılıb.

Sonda xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.

 

Keçidlər