Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

2013-cü ilin birinci yarısında Gəncə şəhərinin sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub

26 iyul 2013 | 15:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn məsələlər Gəncə şəhər İcra Hakimiyyətinin hesabat yığıncağında da ətraflı müzakirə olunub.

2013-cü ilin birinci yarısında Gəncə şəhərinin sosial-iqtisadi inkişafının yekunu və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev yığıncaq iştirakçıları qarşısında çıxış edərək bildirmişdir ki, 2013-cü ilin yanvar-iyun aylarında şəhər sənayesində təsərrüfat subyektləri tərəfindən 86,3  milyon manatlıq məhsul istehsal olunmuş  və xidmətlər göstərilmişdir.  Həmin dövrdə istehlakçılara 85 milyon 506 min manatlıq və ya bütün sənaye istehsalının 97,2 faizi qədər məhsul göndərilmiş, xidmətlər göstərilmişdir.
2013-cü ilin birinci yarısında şəhərin iqtisadi və sosial sahələrinin inkişafına bütün maliyyə mənbələrindən əsas kapitala 118 milyon manatdan çox vəsait yönəldilmişdir. 2012-ci illə müqayisədə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı 1,9 dəfə artmışdır.
Avtomobil nəqliyyatı ilə sərnişin daşınması  ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz, yük daşınması isə 8,6 faiz artmışdır.
İnformasiya və rabitə xidmətlərinin həcmi 2013-cü ilin birinci yarısında 1 milyon 829 min manat təşkil etmişdir.  
Şəhərdə əhalinin internet xidmətlərinə tələbatının artması və yaradılmış texniki imkanlar özəl provayderlərin montaj tutumunun 20 min 705 nömrəyə çatdırılmasına imkan vermişdir.
Elmar Vəliyev daha sonra demişdir ki, 2013-cü ilin birinci yarısında pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz artaraq 286,7 milyon manat təşkil etmişdir. 2012-ci ilin 6 ayı ilə müqayisədə 2013-cü ilin əvvəlindən ərzaq mallarının satışı 1,9 faiz artmışdır.
Məruzəçi qeyd etmişdir ki, 2012-ci ilin birinci yarısında şəhərdə iqtisadi əmək fəaliyyəti ilə məşğul olanların sayı 0,7 faiz artmaqla, 159 min 400 nəfərə çatmışdır. Əmək qabiliyyətli əhalinin 72,1 faizi iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olmuşlar.
Gəncə şəhərindəki mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait yerli sahibkarlar tərəfindən şəhər iqtisadiyyatına yatırılan sərmayənin çoxalmasına, xarici sərmayəçilərin isə Gəncəyə marağının artmasına səbəb olmuşdur.
2013-cü ilin 6 ayı ərzində şəhər üzrə 33 hüquqi və 745 fiziki şəxs qeydiyyata alınıb ki, bu iqtisadi aktivliyi səciyyələndirən mühüm göstəricilərdəndir.
Şəhər İcra Hakimiyyətinin Başçısı daha sonra bildirib ki, əhalinin və iqtisadiyyatın fasiləsiz və dayanıqlı elektrik enercisi ilə təmin olunması məqsədilə ilin əvvəlindən nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi istiqamətində işləri davam etdirilmişdir. Elektrik enerjisinin istehlakçılara fasiləsiz çatdırılması məqsədi ilə aparılan əsaslı və cari təmir işlərinə 100,0 min manatdan çox vəsait xərclənmişdir.
2013-cü ilin 6 ayı ərzində istehlakçılara ümumi olaraq 59 milyon 368 min 878 kub metr həcmində təbii qaz satılmış, ümumi satışın 102,1 faizi ödənmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə yığımın həcmi 3,2 faiz artmışdır.
E.Vəliyev daha sonra demişdir ki, cənab Prezident  İlham Əliyevin  “Hər bir şəhər, hər bir kəndə 24 saat su verilsin” tapşırığı bu gün Gəncə şəhərində də uğurla icra olunur. Yeni qəsəbələrdə subartezian quyuları qazılmış, eləcə də şəhərdə su təchizatının və kanalizasiya təsərrüfatının dayanıqlılığını təmin etmək məqsədilə magistral su kəmərində və şəhərdaxili su şəbəkəsində əsaslı surətdə təmir işləri aparılmışdır.
Məruzəçi demişdir ki, təhsil müəssisələrinin maddi-texniki və tədris metodiki bazasının möhkəmləndirilməsi, onların müasir informasiya-kommunikasiya  texnologiyaları ilə təmin olunması, mövcud tədris binalarının təmiri, yenisinin tikilməsi Gəncə Şəhər İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.
2012-2013-cü tədris ilində  8 min 12 şagird yerlik 7 məktəb binası əsaslı təmir olunmuşdur. 10 tam orta məktəb, 2 peşə məktəbi, eləcə də 3 liseydə və 500 şagird yerlik sanatoriya tipli internat məktəbində əsaslı təmir işləri davam edir. Məruzəçi demişdir ki, ötən müddətdə səhiyyə ocaqlarında da yenidənqurma və təmir-tikinti işləri davam etmişdir.
Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev sözünə davam edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı  dövlət siyasətinin əsas prioritetlərindən biri kimi mədəni irsimizin mühüm tərkib hissəsi olan abidələrin və digər zəngin memarlıq nümunəsi sayılan tikililərin bərpa edilməsi, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndiril¬məsi və qorunub saxlanılması sahəsində Gəncə şəhərində mühüm işlər görülür və bu sahədə  müəyyənləşdirilmiş kompleks işlərin icrası gündəlik nəzarətdə saxlanılır.
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” dini kompleksində təmir-tikinti və bərpa-quruculuq işləri sürətləndirilmişdir.
Əhalinin asudə vaxtının və istirahətinin səmərəli təşkili ilə əlaqədar əsaslı şəkildə yenidən qurulan Fikrət Əmirov parkı istifadəyə verilmiş, A.Səhhət, C.Jabbarlı, M.Hadi və İstiqlal parkları ilə yanaşı, yeni salınan Əziz Əliyev və Məhsəti Gəncəvi adına parklarda təmir-tikinti işləri davam etdirilir.
Məruzəçi demişdir ki, möhtərəm Prezident cənab İlham Əliyev Gəncəyə son səfəri zamanı demişdir: “Mən həmişə deyirəm ki, Bakı dünyanın gözəl şəhərlərindən biridir, belə getsə Gəncə də gözəl şəhər olacaqdır və olmalıdır”. Məhz bu amil şəhər İcra Hakimiyyətinin fəaliyyətində ana xətti təşkil edir. Son iki ildə yeni inkişaf mərhələsinə qədəm qoyan Gəncə öz tarixi simasını saxlamaqla, sürətlə abadlaşır, yeniləşir, müasirləşir.
Ümummilli lider Heydər Əliyevin adına nadir, möhtəşəm memarlıq abidəsi olan mərkəzin inşasında tikinti-quraşdırma işləri sürətlə aparılır və bu ilin sentyabr ayında istifadəyə veriləcəkdir.
Gəncə Dövlət Filarmoniyasının, Nizami Gəncəvi Muzeyinin, Uşaq Yaradıcılıq və Məhsəti Gəncəvi adına Mərkəzlərin inşası sürətləndirilmişdir. Filarmoniya binası istisna olmaqla, qalan 3 obyektin cari ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşların Xidmət və Sosial  İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Gəncə şəhərində fəaliyyət göstərəcək  "ASAN” Xidmət  Mərkəzinin tikintisi sürətləndirilmişdir.
Uzunluğu 6,5 km-ə yaxın məsafədə olan Ş.İ.Xətai prospektinin yol hissəsi təxminən 2 dəfə genişləndirilməklə  22-25 metrə çatdırılmışdır.
Dövlət başçısının Sərəncamı ilə 5 yaşayış qəsəbəsini Gəncə şəhəri ilə birləşdirən avtomobil yollarının tikintisi cari ildə də davam etdirilmişdir.
Yüksəkmərtəbəli binaların sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə istismar müddətini başa vurmuş liftlərin yenisi ilə əvəz edilməsi və təmiri istiqamətində işlər aparılır.
Yığıncaqda idarə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyətin nümayəndələri çıxış edərək əldə olunan nailiyyətlərdən danışmış, abadlıq və genişmiqyaslı quruculuq işlərinin davamı üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.

Keçidlər