Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncənin icra başçısı mütamadi olaraq vətəndaşlarla görüşür

27 avqust 2019 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyyələrini rəhbər tutaraq, mütəmadi şəkildə sakinlərlə görüşür, onların şikayət və təkliflərini dinləyir. Növbəti qəbulda iştirak edən vətəndaşlar öz müraciət və təkliflərini “açıq mikrofon” şəraitində dilə gətiriblər.

Əsas müraciətlər işə qəbul, həyatyanı torpaq sahəsinin verilməsi, daxili yolların təmiri, ictimai nəqliyyat vasitələrinin sayının artırılması və marşrut xəttləri üzrə hərəkət edən avtobusların iş saatının uzadılması ilə bağlı olub.

Müraciətləri tək-tək dinləyən şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov  Gəncədə həyata keçirilən abadlıq və quruculuq işlərindən danışıb. O bildirib ki, şəhərin avtomobil yollarının tikintisi, yenidən qurulması və əsaslı təmiri işləri, habelə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi davam etdirilir.

Görüş zamanı dilə gətirilən bir çox problem öz həllini tapıb, bəzi məsələlərin isə araşdırılması tapşırılıb.

   

 

Keçidlər