Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Azərbaycan Dövlət Aqrar Universitetinin yeni rektoru kollektivə təqdim edildi

27 iyul 2013 | 15:00

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinə təyin olunmuş yeni rektorun təqdimat mərasimi keçirildi.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək kollektivi təbrik etdi və respublikamızda yeganə kənd təsərrüfatı kadrları hazırlayan bu ali təhsil müəssisəsinin Gəncənin ictimai-siyasi həyatında göstərdiyi fəallıqdan danışdı.
Sonra kənd təsərrüfatı naziri İsmət Abasov çıxış edərək bu gün qloballaşan dünyamızın ən böyük problemlərindən olan ərzaq təhlükəsizliyinin həllində bu universitetin ölkəmizin həyatında oynadığı roldan danışdı, onun bundan sonra da elmi potensialını gücləndirməklə, eləcə də yüksək ixtisaslı kənd təsərrüfatı kadrları hazırlamaqla ölkəmizə daha böyük töhfə verəcəyinə əminlik ifadə etdi.
Universitetə yeni təyin olunmuş rektor İbrahim Cəfərov çıxış edərək ona etimad göstərərək böyük ənənələri olan bir ali təhsil müəssisəsinə rektor təyin etdiyinə görə ölkə başçısına minnətdarlığını bildirdi və bu etimadı doğruldacağına söz verdi.

Keçidlər