Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Ramazan ayı münasibətilə iftar süfrəsi açıldı

28 iyul 2013 | 15:00

Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil etmişdir. Dövlət orqanları nümayəndələrinin, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yerli şöbəsi əməkdaşlarının, eləcə də şəhid ailələrinin və imkansızların, ümumən oruc tutanların iştirak etdiyi mərasim Qurani-Kərimdən ayələrin oxunması ilə başladı.

İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olduğunu bildirdi.  Azərbaycanda təşkil olunan iftar süfrələrinin də ölkəmizin ənənəvi tolerantlığını və sıx birliyini nümayiş etdirdiyini deyən icra başçısı ulu öndər Heydər Əliyevin Azərbaycanda təməlini qoyduğu sabitlik, inkişaf, vicdan azadlığı və tolerantlığın Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirdi. Bu tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini qeyd edən icra başçısı respublikamızda milli-mənəvi dəyərlərimizin qorunub möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri olduğunu vurğuladı.
Din xadimləri çıxış edərək müstəqil Azərbaycana əmin-amanlıq, sülh arzuladılar. Torpaqlarımız uğrunda şəhid olanlara Allahdan rəhmət diləyib, ruhuna dualar oxudular.
Sonra iftar süfrəsi açıldı.

Keçidlər