Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

CICA (Yaradıcı İnnovativ Şəhərlər İttifaqı) şəhər merlərərinin Zirvə Toplantısı keçirilmişdir.

04 noyabr 2019 | 16:00

27-29 Oktyabr 2019-cu il tarixlərində Cənubi Koreyanın Qvanqju şəhərində “2019 - CICA  (Yaradıcı İnnovativ Şəhərlər İttifaqı) şəhər merlərərinin Zirvə Toplantısı keçirilmişdir.

Məlum olduğu kimi, “Kreativ, innovativ şəhər inşa etməkdə yerli icra strukturlarının rolu” mövzusu ətrafında təşkil olunan Zirvə Toplantısında Avropa və Asiyanın 15 müxtəlif şəhərindən dəvət olunmuş nümayəndə heyətləri, Azərbaycanın Cənubi Koreyadakı fövqəladə və səlahiyyətli səfiri cənab Rəmzi Teymurov, eyni zamanda səfirliyin əməkdaşları və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti  iştirak etmişdir.

 Zirvə toplantısının 3-cü günü Azərbaycan Respublikası üçün, xüsusən də Gəncə şəhəri üçün yadda qalan bir gün olmuşdur.  Belə ki, “Kreativ, innovativ şəhər inşa etməkdə yerli icra strukturlarının rolu” və "Yaradıcı- innovasiya şəhərləri üçün beynəlxalq əməkdaşlıq" mövzularında aparılan müzakirələr zamanı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov Azərbaycanın milli brendi olan “ASAN xidmət”dən söz açaraq, onun yaradılması tarixçəsi, inkişafı, həyata keçirilən xidmət növləri və vətəndaş məmnunluğunun əldə olunması istiqamətində qazanılmış nəaliyyətlər barədə toplantı iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir. Niyazi Bayramov Asiyadan və Avropadan olan həmkarlarının diqqətinə onu da  çatdırmışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəllifi olduğu bu qurum dövlət xidmətlərinin göstərilməsi sahəsində yeni və innovativ yanaşma olmaqla kifayət qədər diqqəti cəlb edə bilmişdir. Çıxış zamanı verilən məlumatlar böyük marağa səbəb olmuş və toplantı iştirakçıları tərəfindən qəbul olunacaq Bəyannamə üzrə “ASAN xidmət” layihəsinin öyrənilməsinin vacibliyi qeyd olunmuşdur.

 Zirvə Toplantısının sonunda “Şəhərlərin uğurlu təcrübələrini bir-biri ilə bölüşməsinə dair” Bəyannamə qəbul edilmişdir.

 

 

 

 

 

Keçidlər