Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Şəhər rəhbəri sakinlərin problemləri ilə maraqlanıb

19 noyabr 2019 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla görüşüb. Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami Rayon İcra Hakimiyyətinin başçsısı Nizami Hacıyev, idarə, müəssisə və təşkilat rəhərləri də iştirak etdiyi görüşdə sakinləri narahat edən məsələlər dilə gətirilib, onların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

Niyazi Bayramov vətəndaşları salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir. Şəhər rəhbəri qeyd edib ki,  Gəncədə binaların fasadları yenilənir, dam örtükləri dəyişdirilir, şəhərin su təsərrüfatı və kanalizasiya sistemi yenidən qurulur,  çoxmərtəbəli binaların liftləri yenilənir, yollarda təmir-bərpa işləri gedir.  Niyazi Bayramov onu da vurğulayıb ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir.

“Açıq mikrofon” şəraitində keçən görüşdə sakinlərin problemləri dinlənilib.

Müraciətlər əsasən su-kanalizasiya xəttlərinin yenilənməsi, məhəllədaxili yolların asfaltlanması, sahibsiz itlər, uşaqlar üçün oyun meydançalarının yaradılması, fərdi evin təmiri və işlə təminatla bağlı olub. Bunlarla yanaşı sakinlər öz şəxsi problemlərini də dilə gətiriblər.

Görüşdə səsləndirilən əksər məsələlər  yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan problelərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

 

 

Keçidlər