Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Aİ, BMTİP, ATF, Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agetliyinin nümayəndələri ilə görüşüb

28 noyabr 2019 | 16:00

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində Gəncəyə səfər edən Avropa Təlim Fondunun (ATF) monitorinq qrupunun üzvləri ilə görüşüb. Monitorinq qrupuna BMT-nin İnkişaf Proqramının (BMTİP), Avropa Təlim Fondunun (ATF), Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri daxildir.

Görüşdə Niyazi Bayramova məlumat verilib ki, BMTİP tərəfindən icra edilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Avropa Təlim Fondunun monitorinq missiyasının əsas məqsədi qrant strukturu çərçivəsindəki tərəqqini nəzərdən keçirmək, potensial boşluqları müəyyən etmək, layihənin davamlı inkişafı üçün tövsiyələr təqdim etməkdir.

Niyazi Bayramov qonaqları salamlayaraq, onları Gəncədə görməkdən məmnun olduğunu bildirib. Peşə təhsilinin gücləndirilməsinə töhfə verən bu layihənin müsbət qarşılandığını deyən şəhər rəhbəri həmçinin qeyd edib ki, layihə əmək bazarının tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsi baxımından da önəmlidir.

Məlumat üçün bildirək ki, ümumi dəyəri 3.4 milyon ABŞ dolları olan və Azərbaycanın iki bölgəsi – Gəncə və Cəlilabadda texniki peşə təhsil və ixtisaslaşdırılmış peşə biliyi bazasının artırılmasını nəzərdə tutan layihə 2020-ci ilədək davam edək. 

 

Keçidlər