Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Fransa səfiri Zakari Qrosla görüşüb

05 dekabr 2019 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Fransanın Fövqəladə və Səlahiyyətli səfiri Zakari Qrosla görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.

Niyazi Bayramov rəsmi qonağı salamlayaraq Gəncənin tarixi, mədəni və sənaye potensialı haqqında məlumat verib. O bildirib ki, Gəncədə 3 universitet və 3 kollec var. Burada Gəncə Avtomobil Zavodu, “AzərAlüminium” ASC, “Gəncə Şərab - 2” kimi iri sənaye müəssisələri fəaliyyət göstərir, “Süni Mərmər və Qranit İstehsalı” zavodunun tikintisi isə davam etdirlir. Hazırda, ölkə Prezidenti tərəfindən təməlləri qoyulan Gəncə Dövlət Dram Teatrının yeni binası və İdman Sarayının tikintisi aparılır. Şəhər rəhbəri həmçinin, Gəncənin 2019-cu il üçün Avropa İdman Şəhəri seçildiyini bildirib. Bununla yanaşı o, Gəncənin bir sıra beynəlxalq festivallara ev sahibliyi etdiyini də qeyd edib.  

Fransanın Fövqəladə və Səlahiyyətli səfiri Zakari Qros səmimi qarşılandığı üçün şəhər rəhbərinə öz minnətdarlığını bildirib. Səfir Azərbaycan ilə Fransa arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu dilə gətirib. O,  Azərbaycanda fransız dili tədrisinin inkişafı üçün daha da artıq səy göstərəcəyini və bununla əlaqədar olaraq  Gəncə Dövlət Universitetində bir sıra görüşlər keçirdiyini vurğulayıb. Həmçinin, universitetdə böyük fransız yazıçısı Aleksandr Düma adına mərkəzin  açılışında iştirak etdiyi üçün qürur hissi duyduğunu qeyd edib.

Daha sonra səfir hər il Azərbaycanda Frankafoniya bayramının təşkil olunduğunu bildirib. Bayram çərçivəsində fransız dilində filmlərin nümayişi olacaq. Söhbət zamanı ikitərəfli mümkün iqtisadi əməkdaşlıq imkanları da müzakirə edilib.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.

Keçidlər