Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

40 saylı Kəpəz II (Gəncə) dairə seçki komissiyası üçün yeni inzibati bina istifadəyə verilmişdir

06 oktyabr 2013 | 15:00

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək gündən-günə inkişaf edən, bütün sahələrdə uğurlu nailiyyətlər qazanan müstəqil Respublikamızda seçki islahatlarının da aparıldığını, bunun da sayəsində demokratik seçki mühiti yarandığını diqqətə çatdırmış, dairə seçki komissiyasının belə bir yaraşıqlı, eləcə də ən müasir standartlara cavab verən avadanlıqlarla təchiz edilmiş bina ilə təmin edilməsini inkişafımızın göstəricisi kimi dəyərləndirmişdir.
Açılış mərasimində Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov çıxış edərək ölkəmizdə seçkilərin azad və şəffaf keçirilməsi üçün görülən işlərdən danışmış və qeyd etmişdir ki, Azərbaycan artıq demokratik seçkilərin keçirilməsində zəngin təcrübə toplamışdır ki, bu təcrübə bir çox ölkələr üçün nümunədir. İldən-ilə təkmilləşən seçki prosesi, dairə seçki komissiyaları üçün yeni inzibati binaların istifadəyə verilməsi, onların ən müasir texnologiyalarla təminatı, seçki ilə məşğul olan insanların bilik səviyyəsinin artırılması və bu sahədə maarifləndirilməsi sözsüz ki, seçkilərin daha demokratik keçirilməsinə müsbət təsir göstərir. Builki prezident seçkilərinə daha ciddi hazırlıq işlərinin görüldüyünü diqqətə çatdıran MSK katibi onu da əlavə etmişdir ki, əvvəlki seçkilərdən fərqli olaraq bu seçkilərdə veb-kameraların sayı artırılaraq 1000 ədədə çatdırılmış, yerimək imkanı məhdud olan, eləcə də gözdən əlillərin seçki məntəqəsinə gələrək istədiyi namizədə səs verməsi üçün hər bir şərait yaradılmışdır. 9 oktyabr prezident seçkilərində 1300 beynəlxalq, 45 min nəfər isə yerli müşahidəçi qeydiyyatdan keçmişdir.

Sonra rəmzi lent kəsilmiş, iştirakçılar 40 saylı Kəpəz II (Gəncə) dairə seçki komissiyasının fəaliyyəti üçün yaradılan şəraitlə yaxından tanış olmuşlar.

Keçidlər