Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə sakinlərin problemləri yerində araşdırılır

11 dekabr 2019 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı  Niyazi Bayramov mütəmadi olaraq idarə müəssisə və təşkilat rəhbərləri ilə birlikdə vətəndaşlarla görüşür, onların şikayət və təkliflərini dinləyir, sakinləri narahat edən məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verir.

Hər həftə olduğu kimi, bu dəfə də sakinlərin müraciətləri tək-tək dinlənilib. Şikayətlər əsasən qaz xəttinin çəkilməsi, 31 saylı marşrut xəttinin uzadılması, işlə təminat, torpaq sahəsinin və qeyri-yaşayış obyektinin sənədləşdirilməsi, su-kanalizasiya xəttinin yenilənməsi, məhəllədaxili yolların asfaltlanması, ünvanlı sosial yardımın təyini üçün köməkliyin göstərilməsi və s. ilə bağlı olub.

Vətəndaşları narahat edən məsələlərin bir çoxu yerindəcə öz həllini tapıb, icra strukturunun səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyatı üzrə çatdırılmaq üçün qeydiyyata alınıb.

Sakinləri narahat edən bir sıra problemlər isə yerində araşdırılıb. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşların müraciəti əsasında Şıxzamanlı qəsəbəsində gedib. Burada sakinlərlə söhbət edən şəhər rəhbəri, ərazinin su təminatı ilə maraqlanıb. Niyazi Bayramov bildirib ki, Gəncənin su təsərrüfatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində növbəti il Şıxzamanlı qəsəbəsinin də su-kanalizasiya xəttləri yenilənəcək.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eti Qurbanov küçəsində də olub, sakinlərlə söhbət edib. O burada 350 metlik yeni su-kanalizasiya xəttinin çəkilməsi istiqamətində aidiyyatı qurumlara müvafiq tapşırıqlar verib.

 

Keçidlər