Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev növbəti dəfə vətəndaşların qəbulunu keçirib

20 sentyabr 2013 | 15:00

Bu gün sadə vətəndaşın qayğıları ilə yaşayan, onu duyan və həlli istiqamətində konkret addımlar atan ölkə rəhbərliyi bununla həm də insanlar tərəfindən alqışlanaraq təqdir olunan gözəl bir nümunəyə hər zamankı sadiqliyini nümayiş etdirir. Vətəndaş görür ki, onun səsi daim eşidilir, hüquqları müdafiə olunur. Сənab İlham Əliyevin əsas məqsədlərindən biri tutduğu vəzifədən asılı olmayaraq hər bir dövlət məmurunun eyni nümunə sərgiləməsi, vətəndaşa həssas münasibət, insanlara qayğı göstərməsidir. Məhz bu səbəbdən bütün vəzifəli şəxslər, məmurlar vətəndaşlara ləyaqətlə xidmət etməli, onlara kömək göstərməli, qayğıları ilə yaşamalıdırlar.
Sözügedən prinsip Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən də həssaslıqla həyata keçirilir. Sakinlərin problemlərinin həlli istiqamətində müvafiq addımlar atılır.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin növbəti qəbul günü yenə də sakinlərin problemlərinin həlli ilə yadda qaldı.
Elşən Muxtarov Qarabağ müharibəsi əlilidir. Onun müraciəti yerindəcə həllini tapdı. Ceyran Novruzova şəhid Vidadi Babacanovun anasıdır. Səhhətində yaranmış problemlə bağlı müraciəti qayğı ilə qarşılandı. Naftalan şəhərindəki «Çinar» sanatoriyasında müalicə olunmaq üçün göndərişlə təmin olundu. Gözəl Əhmədova isə «Bilgəh» sanatoriyasında dincəlmək və müalicə olunmaq üçün ona yaradılan şəraitə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirdi. Növbəti istəyi isə həyətyanı torpaq sahəsi ilə bağlı idi və onun bu arzusu da reallaşdı.
Haqverdi Məmmədov Azərbaycan əsgəri küçəsinin sakinidir. Özünün dediyinə görə 25-30 ilə yaxındır ki, su sarıdan korluq içində yaşamışlar. Bu gün isə Gəncədə aparılan yüksək infrastruktur layihələrinin həyata keçirilməsi ilə üzləri gülüb. Haqverdi Məmmədov həyat yoldaşı Bəsti xanımla birlikdə təşəkkürlərini bildirməyə gəlmişdilər.
18 saylı məktəbin müəllimi Maarifə Hüseynova növbəti qəbula problemləri ilə deyil, müraciətinin müsbət həlli ilə bağlı təşəkkür etmək üçün gəlmişdi. Maarifə Hüseynova son 2 il yarımda Gəncədə aparılan genişmiqyaslı quruculuq işlərindən ürək dolusu danışdı və bütün bunların ölkə başçısının Gəncə və gəncəlilərə böyük qayğısının nəticəsi olduğunu vurğuladı.
Qəbul günündə işlə bağlı müraciət edənlər də oldu. Simnarə Cəfərova və Səməndər Verdiyev bir ailənin üzvləridirlər. Onların hər ikisi işlə təmin olundu. Xəyalə Cəfərova və Ayxan Babayevin də işlə bağlı müraciətləri öz müsbət həllini tapdı.
Qəbul günü ictimai nəqliyyatla bağlı müraciətlər oldu. Gülüstan yaşayış sahəsinin sakinləri müvafiq marşurutların hərəkət istiqamətində müəyyən dəyişikliklərin olmasını istəyirdilər. Bu məsələ də sakinlərin arzusuna müvafiq həll olundu.
İcra başçısının qəbul günündə digər məsələlər – mənzil məsələsi, torpaq sahəsinin verilməsi, cari təmir işləri və s. problemlərin həlli də nəzarətə götürüldü.
Şəhər İcra Hakimiyyəti başçısının növbəti qəbulu insanlara yüksək qayğının nümunəsi kimi razılıqla qarşılandı.

Keçidlər