Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə "II Beynəlxalq Şərab Festivalı" keçiriləcək

23 oktyabr 2013 | 15:00

Müşavirəni giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu mötəbər tədbirin keçirilməsinin əhəmiyyətindən danışmış və qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair» Dövlət Proqramı çərçivəsində keçiriləcək festival zamanı 30-dan çox ölkədən dəvət olunmuş 200-dək qonaq qədim Şərqin əsas ticarət və mədəniyyət mərkəzi rolunu oynamış Gəncədə Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı ilə birgə təşkil olunacaq elmi-praktik konfransda iştirak edəcəkdir.
İki gün davam edəcək tədbir zamanı iştirakçılar şəhər gəzintisində, eləcə də tarixi yerlərə ekskursiyalarda olacaq, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin, Сavad xanın məqbərələrini ziyarət edəcək, Xan bağında, “Xəmsə” kompleksində, Şah Abbas məscidində olacaqlar. Bundan başqa Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə həsr olunmuş sərgiyə baxacaq, Сavad xan küçəsində təşkil ediləcək II Beynəlxalq Şərab Festivalında iştirak edəcəklər. Festival münasibətilə açılacaq sərgidə şərabçılıq mədəniyyətinin formalaşması, onun ənənələrinin təbliği üçün respublikamızda fəaliyyət göstərən şərab müəssisələrinin, həmçinin Fransa, İtaliya, İspaniya, Rumıniya, Çexiya, Gürcüstan, Moldova, Türkiyə, Ukrayna, Rusiya, Almaniya, Çin, Avstriya, ABŞ, İsveçrə və İsraildən şərabçılıq ittifaqının və assosiasiyalarının məhsulları nümayiş etdiriləcəkdir.
Sonra şəhər icra hakimiyyəti başçısının müavini Nizami Hacıyevin festivala hazırlıqla bağlı görülən və görülməsi vacib olan işlərlə əlaqədar məlumatı dinlənildikdən sonra ayrı-ayrı idarə və təşkilatlara görəcəkləri işlər barədə tapşırıqlar verilmişdir.
Müşavirədə şəhərdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin qrant layihələrində iştirakı və onların bu sahədə həyata keçirdikləri işlərlə bağlı müzakirələr də aparılmışdır. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ali təhsil müəssisələri rəhbərlərinin məlumatlarını dinlədikdən sonra görülən işlərə münasibətini bildirmiş və qeyd etmişdir ki, şəhərin ali təhsil müəssisələri beynəlxalq qrant layihələrində heç də fəallıqla iştirak etmirlər. Bu sahədə olan nöqsanların aradan qaldırılması və müasir inkişaf konsepsiyasına yiyələnmək üçün ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər