Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyaz Bayramov mütəmadi olaraq sakinlərlə görüşlər keçirir

25 fevral 2020 | 16:00

Bu dəfə icra başçısı Gəncənin Nizami rayon ərazisində sakinlərlə görüşərək onların müarciətlərini dinləyib. Təşkil olunan görüşlərin əhəmiyyətindən bəhs edən şəhər rəhbəri vurğulayıb ki, bütün bu tədbirlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq həyata keçirilir. Niyazi Bayramov bu qəbildən olan tədbirlərin davamlı olacağını sakinlərin nəzərinə çatdırıb. Daha sonra o bildirib ki, Gəncənin bütün ərazilərində abadlıq-quruculuq işləri davam etməkdədir. Bu isə Prezident İlham Əliyevin və vitse-prezident Mehriban xanım Əliyevanın Gəncə və gəncəlilərə göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.

Sakinlər əsasən küçə işıqlanması, qazın təyziqinin aşağı olması,  məhəlləarası yolların asfaltlanması, ağacların budanmasına dair müraciətlər səsləndiriblər. Bundan başqa Ordubadi küçəsinin sakinləri 24 nömrəli marşrut xətti üzrə hərəkət edən nəqliyyat vasitələrinin sayının artırılmasını xahiş ediblər. Ümumi məsələlərlə yanaşı sakinlər öz şəxsi probelmlərini də dilə gətiriblər.  Belə ki, II qrup Qarabağ əlilinin müalicə və əməliyyatı ilə bağlı müraciəti yerindəcə öz həllini tapıb və lazımi tədbirlər görülüb.

Dinlənilən digər məsələlərin araşdırılaraq qanuna uyğun şəkildə həll olunması üçün müvafiq tapşırıqlar verilib.

 

 

 

Keçidlər