Gəncədə 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair şura iclası keçirilib
İclasda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov, idarə, müəsisə və təşkilat rəhbərləri, şəhər ictimayyətininin nümayəndələri, ziyalılar iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının məqsədyönlü və ardıcıl siyasəti, habelə Gəncəyə olan diqqət və qayğısı nəticəsində şəhərin sosial-iqtisadi həyatının bütün sahələrində inkişaf müşahidə olunur. 2019-cu ildə də bir sıra yüksək statistik göstəricilər əldə olunub. Bu inkişaf dinamikasının 2020-ci ildə də qorunub saxlanılması əsas hədəflərdəndir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev çıxış edərək bildirib ki, 2019-cu ildə şəhərdə ümumi daxili məhsul buraxılışının 62,9 faizi iqtisadiyyatın istehsal, 37,1 faizi isə xidmət sahəsinin payına düşüb. Şəhərdə sahibkarlıq üçün yaradılan münbit şərait nəticəsində özəl müəssisələr tərəfindən istehsal olunan məhsulun həcmi ümumi sənaye məhsulunun 79,6 faizini təşkil edib. Hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Gəncə şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Gəncə Dövlət Dram Teatrının yeni 500 yerlik binasının və İdman Sarayının tikintisi sürətlə davam etdirilir. Səməd Tomuyev həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ədəd ağacın əkilməsi təşəbbüsü çərçivəsində Gəncədə 10 mindən artıq ağac əkilib. Çıxışın sonunda Səməd Tomuyev onu da vurğulayıb ki, vətəndaşların müraciətlərinə vaxtında və keyfiyyətlə baxılması və bu sahədə sənədlərlə işin təşkilinin səmərəliliyinin yüksəldilməsi istiqamətində bundan sonra da müvafiq tədbirlər görüləcək.
Şura iclasında çıxış edən Gəncə Maliyyə İdarəsinin rəisi Rəşid Yusifov bildirib ki, hesabat dövründə qeyd olunan sahədə qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilib. Dövlət büdcəsindən dotasiya almayan Gəncə əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də öz xərclərini, öz gəlirləri hesabına ödəyib.
“NEON” firmasının baş direktoru Arif Həsənov çıxışında Dövlət başçısının “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdığını bildirib. O qeyd edib ki, 2019-cu il ərzində müasir texnologiyalara əsaslanan bir sıra müəssisələrdə yeni istehsal sahələri yaradılıb. Bazarın tələbini nəzərə almaqla yeni növ məhsul istehsalına başlanılıb.
“Gəncə Sukanal” TSC-nin direktoru Şöhrəddin Verdiyev qeyd edib ki, hesabat dövründə şəhər əhalisinin içməli suya olan tələbatının ödənilməsinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Hesabat dövründə 415 km içməli su şəbəkəsi və magistral xətt inşa edilib, 271 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulub, 13 min 240 ədəd su sayğacı quraşdırılıb. “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində Gəncə şəhərində 855 km uzunluğunda içməli su şəbəkəsinin tikintisi nəzərdə tutulur.
“Gəncə Regional Qaz İstismar” İdarəsinin Baş mühəndisi Azər Bayramov da çıxışında hesabat dövrü ərzində görülən və qarşıda duran vəzifələr haqqında toplantı iştirakçılara məlumat verib. Bildirilib ki, son illərdə Gəncə Qaz İstismarı Sahəsi və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən şəhər əhalisinin və iqtisadiyyatın ayrı-ayrı sahələrinin təbii qaza olan tələbatının ödənilməsi məqsədilə yeni dayışıyıcı xətlər çəkilib. Təmirə ehtiyacı olan müxtəlif diametrli boruların, habelə qaz tənzimləyici şkafların əsaslı və cari təmiri, yenilərinin quraşdırılması istiqamətində müəyyən işlər görülüb.
Bütün məruzələri dinləyən Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov yekun nitq ilə çıxış edib. O, Azərbaycanın sosial-iqtisadi inkişafından, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlardan, ölkə rəhbərinin imzaladığı sərəncam və fərmanlardan, qəbul olunan dövlət proqramlarından söz açıb. O bildirib ki, bu gün Azərbaycanın bir çox bölgəsində, o cümlədən Gəncədə sənaye zonaları yaradılır. Sənaye zonaların yaradılması həm ölkə iqtisadiyyatının inkişafına, həm də əhalinin məşğulluğunun təmin edilməsinə yönəlib. Gəncədə aparılan genişmiqyaslı adablıq-quruculuq işlərini müsbət qiymətlərndirən Vəfadar Bağırov şəhər ictimaiyyətinə müraciət edərək, bu işlərin davamlı olması üçün hər bir şəhər sakinin dəstəyinə ehtiyac duyulduğunu vurğulayıb.
Hesabat yığıncağının sonunda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.