Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Tağı Arani küçəsində olub

19 mart 2020 | 16:00

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Tağı Arani küçəsi 7-ci binanın sakinlərinin müraciəti əsasında qeyd edilən əraziyə baş çəkib. Ərazidəki vəziyyətlə tanış olan şəhər rəhbərinə məlumat verilib ki, Gəncədə güclü küləklə müşayət olunan qeyri-sabit hava şəraiti nəticəsində dam örtüyü yararsız hala düşən binaların bir neçəsi məhz Tağı Arani küçəsində yerləşir. Bunlardan biri də 7-ci binadır. Dam örtüyü uçarkən binanın qaz xəttini də zədələyib. Təhlükəsizlik baxımından binanın qaz təchizatı dayandırılıb.

Sakinləri dinləyən şəhər rəhbəri qaz xəttinin dərhal təmir edilərək, qaz təchizatının bərpa olunması istiqamətində aidiyyatı şəxslərə tapşırıq verib. Bununla yanaşı binanın dam örtüyünün təmiri üçün də müvafiq göstəriş verilib.

Müraciətlər içərisində ərazinin su-kanalizasiya sisteminin yenilənməsi, binaların həyətlərinin abadlaşdırılması və küçə işıqlanması sisteminin qurulması məsələləri də yer alıb.

Niyazi Bayramov bu məsələlərin həlli istiqamətində aidiyyatı qurumların rəhbərlərini əraziyə dəvət edib, təxirəsalınmaz tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, hazırda binanın qaz təchizatı bərpa edilib, dam örtüyü və su-kanalizasiya xəttinin yenilənməsi işlərinə başlanılıb. Bununla yanaşı güclü küləklə müşayət olunan qeyri-sabit hava şəraiti nəticəsində dam örtüyü yararsız hala düşən digər binalarda da təmir-bərpa işlərinə start verilib.

 

 

 

 

Keçidlər