Gəncədə dezinfeksiya işləri davam etdirilir
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncədə ictimai nəqliyyat vasitələri dezinfeksiya olunur. Dezinfeskiya işləri Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə şəhər İHB-ı Yanında Nəqliyyat və Sərnişindaşıma İdarəsinin təşkilatçılığı, Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin, habelə Mənzil Kommunal Təssərüfat İstehsalat Birliyinin əməkdaşları tərəfindən aparılıb.
Şəhərdə taksi fəaliyyəti ilə məşğul olan avtomobillər dezinfeksiya olunublar. Avtobomillərin təkərlərinə, ön və arxa oturacaqlarına, habelə döşəmə və pəncərələrinə xüsusi dezinfeksiyaedici məhlul çilənərək, təmizlənib.
Gəncədə sərnişindaşıma ilə məşğul olan avtobuslar da işləri səhər saatlarında, avtobuslar xəttə buraxılmamış həyata keçirilib. İctimai nəqliyyat vasitələrinin döşəmə, oturacaq və tutacaqları xüsusi məhlulla dezinfeksiya olunub.
Koronavirus (COVİD -19) əleyhinə profilaktiki tədbirlər çərçivəsində həyata keçirilən dezinfeksiya işləri davam etdiriləcək. Dezinfeksiya edici preparatların insan sağlamlığı üçün heç bir zərəri yoxdur.