Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Məhsəti Gəncəvi yaradıcılığının 900 illiyi münasibətilə dəyirmi masa keçirilib

13 noyabr 2013 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyəti Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə həsr edilmiş “İntibah şairəsi Məhsəti” mövzusunda dəyirmi masa keçirmişdir.

Dəyirmi masanı giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq Respublika Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğıdan, eləcə də görkəmli Azərbaycan şairləri Nizami Gəncəvinin 870, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi ilə əlaqədar imzaladığı sərəncamların əhəmiyyətindən danışmışdır. Elmar Vəliyev bildirmişdir ki, həmin tarixi sərəncamlardan sonra hər iki şairin vətənində böyük işlər görülmüş, Məhsəti Gəncəvi Mərkəzi inşa edilmiş, Məhsəti seyrangahı yaradılmış, Nizami prospekti başdan-başa yenidən qurulmuş, məqbərəsi ətrafında təmir-abadlıq işləri görülmüşdür. Dövlət başçısının mədəni irsə göstərdiyi qayğının nəticəsi olaraq bir çox xarici ölkələrin kitabxana və arxivlərindən Nizami Gəncəvinin və Məhsəti Gəncəvinin əlyazmaları və onlara çəkilmiş illüstrasiyaların surətləri gətirilərək nəfis şəkildə çap edilmişdir.
Sonra Bakı Dövlət Universitetinin professoru Sənan İbrahimovun “İntibah şairəsi Məhsəti”, Gəncə Dövlət Universitetinin professoru, Nizami Gəncəvi Mərkəzinin direktoru Xəlil Yusiflinin “900 ilin qaynaqları Məhsəti Gəncəvi haqqında” məruzələri dinlənilmişdir.
Dəyirmi masada Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət-şünaslıq üzrə elmi-metodiki mərkəzin direktor müavini Polad Zeynalov ölkə başçısının müvafiq sərəncamından sonra təmsil etdiyi qurumda görülən işlərdən danışmışdır.
Sonra çıxışlar olmuşdur.
Axırda tədbir iştirakçılarının suallarına aydınlıq gətirilmişdir.

Keçidlər