Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

"Rövşən Oğuz" Şirkətlər Qrupu Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub

23 aprel 2020 | 16:00

Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Gəncədə tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir. Yardım aksiyası Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilir. Aksiyaya sahibkarlar və iş adamları da dəstək verirlər.

“Rövşən Oğuz" Şirkətlər Qrupu da Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub. Belə ki, sözügedən şirkətin əməkdaşları tənha yaşayan ahıl vətəndaşların evlərinə və aztəminatlı ailələrə baş çəkiblər. Aksiya çərçivəsində sözügedən şəxslərə ərzaq yardımı ediliblər.

“Rövşən Oğuz" Şirkətlər Qrupu tərəfindən Gəncədə 50 ailəyə ərzaq yardımı edilib. Bununla yanaşı Oğuz və Yevlax şəhərlərində yaşayan ailələrə də ərzaq paketi göndərilib. Bu aksiyadan ümumilikdə yaşayış gəlirləri aşağı olan 140 ailə yararlanıb.

Keçidlər