Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov növbəti dəfə videokonfrans keçirib

03 may 2020 | 16:00

Gəncə Şəhər İcra Haimiyyətində yaradılmış Koronavirusa Qarşı Mübarizə Qərargahının növbəti videokonfransı keçirilib. Videokonfransda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ölkədə xüsusi karantin rejiminin 31 may 2020-ci il saat 00:00-dək uzaıldığını xatırladıb. O bildirib ki, son günlər Gəncədə COVİD-19 infeksiyasına yoluxma hallarının çoxalması həyata keçirilən maarifləndirmə tədbirləri və dezinfeksiya işlərinin miqyasının artırılmasını vacib edir.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev məruzəsində bildirib ki, şəhərin küçə və prospektlərində, qəsəbələrində, çoxmənzilli yaşayış binalarında aparılan dezinfeksiya işləri xüsusi qrafik üzrə həyata keçirilir. Mütəmadi davam edən işlərə Dezinfeksiya Stansiyasının əməkdaşları ilə yanaşı, xüsusi təlim keçmiş MKTİB işçiləri də cəlb ediliblər.

Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədov bildirib ki, COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün xüsusi işçi qrupunun fəaliyyəti davam edir. Tibb işçiləri şəhər sakinləri ilə mütəmadi telefon əlaqəsi yaradaraq, onların səhhətləri ilə maraqlanır, maairfləndirici söhbətlər aparırlar.  Bunlarla yanaşı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun göstərişinə əsasən xəstəxana və poliklinikalarda monitorinqlər davam etdirilir.

Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İlqar Əhmədov bildirib ki, xəstəxanalarda da aparılan dezinfeksiya işləri mütəmadi şəkildə davam etdirilir. Bununla yanaşı TTYX avtomobilləri mərkəzləşdirilmiş qaydada dezinfeksiya olunurlar.

Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Araz Rəfibəyli qeyd edib ki, Sərnişindaşıma ilə məşğul olan ictimai nəqliyyat vasitələri sürücülərinin tibbi maska və dezinfeksiyaedici məhlullardan istifadə etməsinə xüsusi nəzarət olunur. Bununla yanaşı ictimai nəqliyyat vasitələri gün sonunda mütəmadi şəkildə dezinfeksiya edilirlər.

Gəncə Şəhər İcra Haimiyyətinin başçısı Niyazi Bayramov Koronavirusa Qarşı Mübarizə Qərargahının əlaqəli şəkildə fəaliyyət göstərməyi tövsiyyə edib, müvafiq tapşırıqlar verib.

Keçidlər