Avropa Şurası Parlament Assambleyasının anti-Azərbaycan siyasəti
Avropa Şurası Parlament Assambleyasının ermənipərəst dairələrin sifarişlərini yerinə yetirməsi barədə artıq heç bir şübhə yeri qalmayıb. Son vaxtlar Avropa Şurasının Parlament Assambleyasının ölkəmizə qarşı nifrət aşılayan, mahiyyət etibarilə azərbaycanafobiyanı özündə ehtiva edən mövqeyi Prezident İlham Əliyevin də diqqətindən yayınmayıb. Ölkə başçısı iyun ayının 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında proqram xarakterli çıxışı zamanı da bu faktı diqqətə çatdırdı. Ölkə başçısı Ermənistanda olduğu kimi, hazırda Dağlıq Qarabağda da xunta rejiminin hökm sürdüyünü bildirdi. Cənab Prezident deyir:- “Xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu “seçkiləri” qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. Səbəb bəllidir. Çünki Avropa Şürası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər?!”. deyə Cənab Prezidentimiz İlham Əliyev öz nitqində bildirib.
Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyən işğalçı Ermənistanın qəddarlığına, bir milyondan artıq soydaşımızın hüquqlarını kobud şəkildə pozmasına laqeyd yanaşan bir qurumun insan hüquq və azadlıqlarının müdafiəsindən danışmağa haqqı çatmır.Avropa Şürasının Azərbaycanla bağlı qəbul etdiyi sənədləri “kağız parçası” adlandıran ölkə başçısı haqlı və çox düzgün olaraq bu qurumun anti-Azərbaycan mövqedə olduğunu qeyd edib. Cənab Prezident öz nitqində deyir:- “bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır”.
Ölkəmizin mümkün təhdidlərə və təziqlərə rəğmən uğurlu və dinamik şəkildə öz iqtisadi inkişaf xəttini uğurla davam etdirməsi, regiondə , eləcə də dünyada artan nüfuzu və əldə etdiyi uğurlar, dünya siyasətində öz dəsti xətti olması təəssüflər olsun ki, dünyadakı, xüsusilə də Avropadakı bəzi siyasi təşkilatları çox narahat edir, onlar tərəfindən qısqanclıqla qarşılanır. Azərbaycan bu gün insan haqlarının çox yüksək səviyyədə qorunduğu, söz və mətbuat azadlığının inkişaf etdiyi demokratik inkişaf xətti tutan bir dövlətdir. İqtisadi gücüə malik olmaqla yanaşı, həmçinin, Avropanın enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir. Azərbaycanımızın rəhbərliyi ilə böyük regional layihələr reallaşıb. Bütün bunlar isə Avropa Şurası kimi təşkilatların təşvişinə səbəb olub. Cənab Prezidentin qeyd etdiyi kimi kimi, belə qurumlar güclü dövlətlərdən qorxur və onlarda qısqanclıq hissi yardır. Bu qısqanclıq isə özünü bütün parametrlərdə büruzə verir, göstərir.
Dünyada baş verən məlum ədalətsizliyə və zorakılıqlara, dinc nümayişçilərə qarşı tətbiq edilən zorakılıqlardan və işgəncələrdən, kütləvi və qeyri qanuni həbslərə heç bir münasibət bildirməyən Avropa Şurasının ölkəmizə qarşı “demokratiya dərsi” keçmək cəhdi ikrah hissindən başqa təbii ki, heç bir şey deyildir. Avropa Şürası insan haqları, siyasi hüquq və azadlıqlar məsələsində də daim Azərbaycana qarşı qərəzli mövqe tutub. Bu günlərdə ABŞ-da qaradərili Corc Floydun ölümü ilə əlaqədar həm ölkədə, həm də Avropanın digər ölkələrində kütləvi iştişaşlar səngimək bilmir. Bütün Avropa ayağa qalxıb. İllərdir ABŞ-da qaradərilərə qarşı sistematik hal almış ayrı-seçkilik mövcuddur. Mayın 26-dan başlayan iğtişaşlar zamanı 11 mindən çox insan həbs olunub, 16 nəfərdən çox insan həyatını itirib, jurnalistlər xəsarət alıblar. Lakin ölkəmizi insan haqlarının pozulmasında ittiham edən Avropa Şurası buna göz yumur, Avropanın demokratik ölkələri sayılan Fransa, Almaniya, İspaniyada mitinqlər, polislərin mitinq iştirakşıları ilə amansızcasına davranışı, həbslər, ölüm hadisələri nədənsə Avropa Şurasının gözündən qaçır.
Avropa Şurası kimi beynəlxalq təşkilatlar daim Dağlıq Qarabağ münaqişəsinin həllində ədalət prinsipini qorumayıblar və verdikləri mücərrəd bəyanatlarla dolayısı yolla işğalçı Ermənistanı dəstəkləyiblər. Otuz ilə yaxındır ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlayır. Ancaq bu müddət ərzində Avropa Şurası işğalçı Ermənistanı bir dəfə də olsun öz adı ilə çağırmayıb. Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan artıq soydaşımız doğma ata-baba ocaqlarından zorla didərgin salınıb. Avropa Şurası soydaşlarımızın qaçqın və məcburi köçkün vəziyyətinə salınmasında indiyədək Ermənistanı günahlandıran bir dənə də qətnamə qəbul etməyib və işğal etdikləri əraziləri qeyd-şərtsiz tərk etmələri barədə tələb irəli sürməyib. Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində nizamlanması istiqamətində ədalətli mövqe sərgiləməməsi də qurumun ölkəmizin sürətli inkişafını həzm edə bilməməsindən irəli gəlir.
Yuxarıda vurğuladığımız kimi, bu ilin 31 mart tarixində beynəlxalq hüququn bütün prinsiplərini pozan işğalçı Ermənistan tərəfindən Dağlıq Qarabağda qeyri-qanuni seçkilər keçirildi. Dünyanın koronavirus pandemiyası ilə mübarizədə həmrəylik göstərdiyi dövrdə təcavüzkar Ermənistanın bu davranışı onun humanitar norma və bəşəri dəyərlərdən çox uzaq olan mahiyyətini bir daha nümayiş etdirdi. İşğalçı dövlətin növbəti təxribatına ATƏT-in Minsk Qqupu, ATƏT PA, Aİ kimi beynəlxalq təşkilatlardan təpki bildirilsə də, çox təəssüf ki, fəaliyyəti ədalətsizlik və ikili standartlar üzərində qurulan AŞPA-dan bugünədək münasibət bildirilməyib. Əslində AŞPA-nın mövqesizliyini bu təşkilatın öz nizamnaməsinə, eləcə də, beynəlxalq hüquqa qarşı olan mövqesizlik kimi də qəbul etmək olar. AŞPA-nın mövqesizliyini bu təşkilatın təkcə öz nizamnaməsinə qarşı deyil, həm də beynəlxalq hüquqa qarşı mövqesizlik kimi də qiymətləndirmək olar.
“Avropa İnsan Hüquqları Məhkəməsi 26 may tarixli iclasında “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” adlı qərar qəbul edib. Həmin qərar da Azərbaycan zabiti Ramil Səfərovla, 2004-cü ildə Macarıstanda yaşanmış hamıys məlum olayla bağlıdır. Bu qərar ciddi hüquqi anlam və əhəmiyyət daşımasa da Azərbaycana qarşı məkirli siyasətin tərkib hissəsi və davamıdır.
Artıq Avropa Şürasının və bu kimi belə təşkilatların beynəlxalq nüfuzu yoxdur, dünya onlara etibar etmir, güvənmir.Digər tərəfdən, islamofobiyanın artması və multikulturalizmin böhranı onu göstərir ki, Avropa həm institusional və sistem böhranı, həm də ideya böhranı keçirir. Avropa İttifaqı və digər Avropa təsisatları tərəfindən hər yerdə ikili standartlar siyasətinin tətbiq edilməsi Aİ-yə etimadı azaldan amilə çevrilib. Beynəlxalq siyasətin subyekti kimi onun nüfuzunun azalması təkzibedilməz fakt olub. Azərbaycana münasibətdə qərəzli və əsassız tənqid barədə yuxarıda təsvir edilən misallar bir daha göstərir ki, Avropa strukturları hüquq bərabərliyi prinsipini pozur, Azərbaycan kimi ölkələrin demokratik inkişafının qiymətləndirilməsində bağışlanılmaz subyektivliyə yol verirlər. Onların yaydığı qətnamə və bəyanatlar isə lobbiçilik xarakteri daşımaqla, əslində səhnəarxası sifarişlərin məhsuludur. Avropa İttifaqı, ATƏT, Avropa Şurası, Avropa Məhkəməsi və digər strukturlarda anti-Azərbaycan kampaniyası onu göstərir ki, xəcalət doğuran bu proses vahid mərkəzdən əlaqələndirilir və Azərbaycanı onların maraqlarına tabe etmək məqsədi güdür. Təbii ki, bu kimi əsassız, qarayaxma sənədlər qəbul etməklə Azərbaycana təzyiq göstərmək, onu təhdid etmək qeyri-mümkündür.
Bu gün Azərbaycan müstəqil, güclü dövlətdir. Ölkəmiz uğurlu daxili və xarici siyasət yeritməklə öz yolu ilə irəliləməkdə davam edir. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara söykənən müstəqil xarici siyasət yürüdür. Bu siyasət ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu getdikcə artırır, mövqeyini möhkəmləndirir.
Prof.Azad Mustafa oğlu Bayramov
Azərbaycan Dövlət Aqrar Universiteti
Gəncə şəhəri